“Qazprom” və “Neftçi” bir arada
17.11.2011 - 10:08
Bolqarıstan klublarının təşəbbüsü ilə yaradılması gündəmə gələn Şərqi Avropa Futbol Liqasının (İEFL) təsis ilə bağlı növbəti müzakirələrin tarixi məlum olub. Apasport.az saytının məlumatına görə, UEFA-nın tanımaq istəmədiyi qurumun növbəti yığıncağı noyabrın 25-də Serbiyanın paytaxtı Belqradda olacaq. 1 aydan sonra Rumıniyada, Buxarestdə üz-üzə gələcək klub rəhbərləri istəklərini həyata keçirmək üçün çalışacaqlar.
Artıq Bolqarıstan mətbuatı ilə yanaşı İEFL-də 6 klubla təmsil olunacaq Rusiya da yarışa həssas yanaşmağa başlayıb. Bu da məşhur “Qazprom” şirkətinin sponsorluğu ilə bağlıdır. Liqaya sponsorluq edəcək nəhəng şirkət nümayəndələri artıq ilk iclasda da iştirak etmişdi. Bakı “İnter”inin dəvət olunduğu, lakin tədbirə qatılmadığından sonra Azərbaycan təmsilçisi kimi liqaya “Neftçi” dəvət olunub.
Azərbaycan çempionu ilə yanaşı MOİK, “Spartak”, “Dinamo”, “Anji”, “Zenit”, “Rubin” (hamısı Rusiya), “Styaua”, “Dinamo” (hər ikisi Rumıniya), MOİK, “Levski” (hər ikisi Bolqarıstan), “Voyvodina”, “Srvena Zvezda”, “Partizan” (hamısı Serbiya), “Dinamo”, “Şaxtyor” (hər ikisi Ukrayna), “Daçiya”, “Şerif” (hər ikisi Moldova), “Fənərbaxça”, “Qalatasaray”, “Beşiktaş”, “Bursaspor” (hamısı Türkiyə) klubları da növbəti yığıncağa dəvət olunub.

- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
0
0