Toni Adams: Yenə payız, yenə istefa
17.11.2011 - 11:01
“Qəbələ” klubunun baş məşqçi postundan istefa verən Toni Adams karyerasında 3-cü dəfə çalışdırdığı komandadan ayrılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycana gələnədək vətənində “Uikomb” və “Portsmut”a rəhbərlik edən İbgiltərə futbolunun əfsanəsi yenə payızda klubundan ayrılıb.
“Qəbələ”ni 47 oyuna çıxaran Adams “Uikomb”dakı 53 oyunluq rekordunu təkrarala bilməyib. Bunun üçün ona cəmi 6 oyun çatmayıb. Adams bu klibdan 2004-cü il noyabrın 6-dakı məğlubiyyətdən sonra ayrılıb. Həmin gün “Uikomb” “Yovil Taun”la qarşılaşıb və sonuncu dəfə Adamsın rəhbərliyi altında meydana çıxıb.
Mütəxəssisin “Portsmut” karyerası isə daha qısa cəmi 22 oyunu əhatə edib. Mütəxəssis bu klubdan da payızda oktyabrın sonunda ayrılıb. Çalışdırıcı üçün 2008-ci il oktyabrın 26-dakı görüş sonucu olub. Adamsı oradan “Fulhem” yola salıb.
Bu il noyabrın 5-də “Qəbələ”ni məğlub edən AZAL Adamsın gözündə “Yovil Taun” və “Fulhem” rolunu oynadı. Maraqlıdır ki, ingiltərəlinin bütün klublardakı son opyunları eyni ərəfəyə təsadüf edir. O, oktyabrın 26-dan noyabrın 6-dək olan 12 günlük müddətdə 3 dəfə klubda sonuncu görüşünə çıxıb.

0
0