“1-2 nəfər kənardan nəsə deyirdi, onları da azarkeş saymıram”
18.11.2011 - 00:01
“Azarkeşlərlə hansısa problemim yoxdur. 1-2 nəfər kənardan nəsə deyirdi, onları da azarkeş saymıram. Əsl azarkeş komandanı yaxşı gündə olduğu kimi, çətin məqamlarda da dəstəkləyir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz”in yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.
Son turlarda itirdiyi xallarla diqqət mərkəzinə düşən “Kəpəz”də gərginlik davam edir. İlk “altılığ”a düşmək uğrunda mübarizə aparan Gəncə təmsilçisi indi autsayderlər sırasında qərarlaşıb. Bundan başqa, komandanın aparıcı oyunçularından olan Ceyhun Sultanovun da məşqlərdə iştirak etməməyi müəyyən söz-söhbətə səbəb olub.
Hazırda klubun düşərgəsində olmayan yarımmüdafiəçi xəstə olduğunu deyib: “Xəstə olduğum üçün məşq edə bilmirdim. İndi də icazə alıb Bakıya gəlmişəm. Qarşıdakı oyunu buraxacam”.
Uğursuzluğun səbəbinə gəldikdə, Sultanov tez qol buraxmalarını mənfi hal kimi qeyd edib: “Oyun getmir. Tez qol buraxırıq. “Qara zolaq”dan qurtulmaq üçün qələbəyə ehtiyacımız var. Bu oyunda 3 xal qazansaq, ardı gələcək. Həm də ilk “altılıq” baxımından AZAL-la matç vacibdir”.

0
0