Elxan Məmmədov: Baş məşqçi Flavinyonun xidmətində maraqlı olarsa...
17.11.2011 - 23:43
“Hər hansı futbolçunun milli komandaya dəvət olunması baş məşqçinin səlahiyyətinə daxil olan məsələdir. Bu baxımdan, Flavinyonun Azərbaycan millisində çıxış etmək üçün AFFA rəhbərliyinə etdiyi müraciətin necə nəticələnəcəyi millinin baş məşqçisindən asılıdır”. Apasport.az saytının xəbərinə görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Bir müddət öncə “Neftçi” klubunun braziliyalı futbolçusu Flavinyo Azərbaycan yığmasında oynamaq arzusunda olması barədə AFFA rəhbərliyinə müraciət etmişdi. Bununla bağlı fikirlərini açıqlayan Məmmədov bildirib ki, baş məşqçi Flavinyonun xidmətində maraqlı olduğunu bildirərsə, AFFA məsələnin hüquqi tərəfinin həlli, yəni futbolçunun millimizdə çıxış etməsi üçün zəruri olan sənədləşmələrin həyata keçirilməsi istiqamətində fəaliyyətə başlaya bilər: “Bildiyiniz kimi, bu futbolçu Braziliya vətəndaşıdır. Baş məşqçi Flavinyonun xidmətində maraqlı olduğunu bildirərsə, AFFA məsələnin hüquqi tərəfinin həlli, yəni futbolçunun millimizdə çıxış etməsi üçün zəruri olan sənədləşmələrin həyata keçirilməsi istiqamətində fəaliyyətə başlaya bilər. Onu da qeyd edim ki, legioner futbolçuların hər hansı milli komandada çıxış edə bilməsi üçün FİFA tərəfindən irəli sürülən tələblər və prosedur qaydalar mövcuddur”.

0
0