“Qəbələ” Fatih Kavlaka tapşırıldı
18.11.2011 - 00:06
“Qəbələ” klubunun məşqçisi Fatih Kavlak bu gündən etibarən komandanın baş məşqçisi vəzifəsini icra edəcək. Qari Stivens isə əvvəlki – yardımçı məşqçi postunda qalıb.
Bu barədə apasport.az saytına məlumat verən klubun baş meneceri Zaur Əzizov yeni baş məşqçi axtarışında olmadıqlarını vurğulayıb: “Öncə komandanın məşqçi heyəti, daha sonra isə futbolçularla toplantı keçirdik. Qərara gəldik ki, Fatih Kavlak bu gündən baş məşqçi vəzifəsini yerinə yetirsin. Fatih Kavlak komandaya yaxından bələddir və onun qarşıdakı oyunlarda uğur qazanacağına inanırıq. Hazırda yeni baş məşqçi axtarışında deyilik”.
Qeyd edək ki, məşhur britaniyalı Toni Adams dünən “Qəbələ” klubunun baş məşqçisi postundan istefa verib.

- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
0
0