Vaqif Cavadov 4 ən yaxşı futbolçudan biri oldu
21.11.2011 - 09:56
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun Rusiya Premyer Liqasında son oyunu yüksək qiymətləndirilib. Apasport.az saytının məlumatına görə, qonşu ölkənin nüfuzlu “Sport-Ekspress” qəzeti “Volqa”nın 22 yaşlı hücumçusunun son turda evdə “Amkar”a uduzduğu (1:2) matçda çıxışına 5,5 bal verib. Bununla da Vaqif komandasının heyətində ən yaxşı qiymət alan 4 futbolçudan biri olub. Ümumiyyətlə, “Sport-Ekspress” son vaxtlar Cavadova eyni - 5,5 bal verir ki, bu dəfə həmin qiymət aşağı, orta yox, yüksək olub.
Qeyd edək ki, Vaqif bu yaydan şərəfini qoruduğu “Volqa”nın heyətində 4-cü dəfə start heyətində meydana çıxıb, 2-ci dəfə 90 dəqiqə oynayıb.
Qeyd edək ki, Vaqif bu yaydan şərəfini qoruduğu “Volqa”nın heyətində 4-cü dəfə start heyətində meydana çıxıb, 2-ci dəfə 90 dəqiqə oynayıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0