“Barselona”ya qalib gələ bilərdik”
21.11.2011 - 11:00
“Bütün oyunçularımızı nəticə münasibətilə təbrik edirəm. Bu gün komandamla qürur duyuram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Naxçıvanın “Araz” klubunun baş məşqçisi Joze Alesio da Silva deyib.
Braziliyalı mütəxəssis futzal üzrə UEFA kubokunun elit mərhələsinin son turunun İspaniya “Barselona”sı ilə oyun (2:2) haqda fikirlərini açıqlayıb: “Yaxşı oynadıq. Hətta “Barselona”ya qalib gələ bilərdik. Rəqibimiz, şübhəsiz, güclü idi. Onlar kollektiv oyun nümayiş etdirdilər. “Barselona” “Dördlər finalı”nda favorit olacaq. Öz oyunumuza gəlincə, “Barselona”ya qarşı yalnız müdafiə barədə düşünmək olmaz. Bu halda, onlar boşluqları tez taparlar”.

- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0