Müstəqillik tarixinin xoşbəxt rəqəmi tapıldı
22.11.2011 - 00:03
1992-ci ildən müstəqil Azərbaycanı təmsil edən “Kəpəz” klubu yeni baş məşqçisinə qovuşub. Apasport.az saytının məlumatına görə, bu posta təyin edilən Mirbağır İsayev müstəqillik tarixində Gəncə təmsilçisinin “sükanı arxası”nda 7-ci mütəxəssis olacaq.
Bu xoşbəxt rəqəmə çatanadək 6 çalışdırıcı müxtəlif turnirlərdə gəncəliləri rəsmi oyunlara çıxarmışdı. Onlar arasında oyun sayında (353) rekordçu İsayevin sələfi Mehman Allahverdiyevdir. Bu posta təyinat sayında isə 4 dəfə gəlib-gedən Fuad İsmayılov öndədir.
Qeyd edək ki, 2006-09-cü illərdə fəaliyyəti dayanan “Kəpəz” 1959-cu ildə yaranıb və 1992-ci ilə qədər SSRİ-nin təmsilçisi olub. Klub tarixi ərzində müxtəlif adlar daşıyıb.
1. Şahmir Hüseynov (1992)
2. Mübariz Zeynalov (1993)
3. Mehman Allahverdiyev (1993-2003, 2011)
4. Fuad İsmayılov (2003, 2004, 2006, 2009-11)
5. Arzu Mirzəyev (2003)
6. Şahin Diniyev (2004-05)
7. Mirbağır İsayev (2011-...)

0
0