“Sumqayıt Şəhər”in 3 zədəli futbolçusu məşqlərə başladı
21.11.2011 - 19:06
Premyer Liqanın hesabat turunda səfərdə “Simurq”a məğlub olan (0:1) “Sumqayıt Şəhər” “Rəvan”la oyunun hazırlığını istirahət etmədən davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxan komanda tam heyətlə hazırlaşa bilməyib.
Belə ki, Zaqatalada oyundan əvvəl zədə alan Ramil Həşimzadə və Murad Səttarlının müalicəsi davam edir. “Simurq”la qarşılaşmada zədələnən Ruslan Tağızadə və Orxan Əliyev də bugünki məşqdə iştirak etməyib. Adları çəkilən futbolçuların sabahdan etibarən hazırlığa qatılacağı gözlənilir.
Klubun digər futbolçuları – Rəşad Kərimov, Samir Abdulov və Ruslan Qurbanovun isə zədəli olduğu üçün “Rəvan”la qarşılaşmada forma geyinməyəcəyi artıq dəqiqdir.
Qeyd edək ki, ötən həftə zədələnən Ruslan Nəsirli, Sahil Kərimov və kapitan Samir Abasov isə artıq məşqlərə başlayıb.

0
0