“Rövnəq Abdullayevin açıqlaması bizi sevindirdi” - MÜSAHİBƏ
21.11.2011 - 19:14
“Sumqayıt Şəhər”də oynayan-məşqçi kimi fəaliyyət göstərən Aslan Kərimov klubun rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, komandanın gələcək planlarından danışan millinin sabiq yarımmüdafiəçisi bəzi maraqlı məqamlara toxunub.
- “Sumqayıt Şəhər”ə gəlişiniz necə alındı?
- Bildiyiniz kimi, mən 15 yaşadək futbolçulardan ibarət milli komandanın köməkçi məşqçisiyəm. İyunda klubun prezidenti Kamran Quliyev tərəfindən təklif aldım. Əvvəlcə “Sumqayıt Şəhər”in strukturu ilə tanış oldum. Açığı, gənclərdən təşkil edilmiş komanda ideyası çox xoşuma gəldi. Çünki azərbaycanlı gənclərdən qurulmuş bir komandada işləmək qürurvericidir. Bu səbəbdən təklifi qəbul etdim.
- Arxada qalan yarım ildə klubda hansı işlər görülüb?
- “Sumqayıt Şəhər” qısa müddət ərzində yaranıb. Zamanımız az olduğu üçün bəzi çatışmamazlıqlar anlaşılan idi. Bu layihəyə başlayan zaman hər şeyin bizim üçün çətin keçəcəyini başa düşürdük. Tək məşqçilər korpusu yox, klubun rəhbərliyi də çətinliklərə hazır idi. İlk zamanlarda kifayət qədər səhvlərin və məğlubiyyətlərin olacağını təxmin etmişdik. Hətta bəziləri bu işin bizim imicimizə xələl gətirəcəyini də deyirdi. Lakin gənclərdən qurulmuş komandanın gələcəkdə hansı nəticələr verəcəyini fikirləşəndə insan başqa fikirlərdən uzaq olur. Arxada qalan 5 ayda klubda xeyli işlər görmüşük. Yarandığımız ilk ayda Avstriyaya təlim-məşq toplanışına yollandıq. Əsas və əvəzedici komandadan başqa, U-17, U-16, U-15, U-14, U-13, U-11 və iki qız komandamız da yaradılıb.
- “Sumqayıt Şəhər”in məşqçilər korpusu barəsində nə deyə bilərsiniz?
- Məşqçilər korpusu barəsində yalnız xoş sözlər deyə bilərəm. Köməkçi məşqçi Təbriz Həsənov və qapıçılarla çalışan məşqçi Etibar Tarıverdiyevlə vaxtilə bir yerdə oynamışıq. Bildiyiniz kimi, hər iki mütəxəssis milli komandalarda çalışır. Baş məşqçimiz isə ictimaiyyətə tanış olmayan, lakin işinin öhdəsindən peşəkarcasına gələn Bernhard Raabdır. Məşqləri müasir üslubda keçən adıçəkilən mütəxəssisdən texniki cəhətdən öyrənəsi çox şeyimiz var. Almaniyalı çalışdırıcı bura tez bir zamanda uyğunlaşdı.
- Futbolçularla bağlı hansı fikirdəsiniz?
- “Sumqayıt Şəhər” aşağı yaşlar üzrə milli komandalarımızda forma geyinən futbolçulardan qurulub. Son zamanlar isə əsas qapıçımız Andriy Popoviç əsas millinin heyətinə çağırılır. Yığmanın Albaniya ilə keçirilmiş yoldaşlıq matçında adıçəkilən qolkiper 90 dəqiqə meydanda oldu. Bundan başqa, komandamızın əsas müdafiəçisi Bədavi Hüseynov da uğurlu çıxışı ilə millinin baş məşqçisi Berti Foqtsun diqqətini çəkmişdi. Məhz müdafiəçimiz yığmanın heyətində Berlin şəhərinin “Union Berlin” klubu ilə oyunda meydana start “onbirliyi”ndə çıxmışdı. Bundan başqa, heyətimizdə Orxan Əliyev, Ruslan Nəsirli, Şamil Cəmaləddinov kimi perespektivli futbolçular çıxış edir.
- “Sumqayıt Şəhər”in bir neçə futbolçusu Premyer Liqanın öndə gedən klublarının transfer siyahısına düşüb. Bu barədə nə deyə bilərsiniz?
- Əvvəldə dediyim kimi, “Sumqayıt Şəhər” bir layihədir. Açığı deyirəm, bu layihə olmasaydı heyətdə yer alan futbolçularımız Premyer Liqada oynayacaq səviyyəyə gəlib çatmayacaqdı. Gənclərin tez bir zamanda komandadan ayrılması onların xeyrinə olmayacaq. Çünki ehtiyatda oturan zaman futbolçular formadan düşəcəklər. Belə olan halda, gənc futbolçularımızın milliyə xeyri azalacaq. Buna görə, futbolçularımızı ən azı iki-üç il klubumuzda saxlamaq istəyirik. Əsas məqsədimiz milli komandalarımıza futbolçu hazırlamaq və onların Avropa klublarında oynamasına şərait yaratmaqdır. Bu layihənin də məqsədi azərbaycanlı perspektivli futbolçuları daha böyük yerlərə hazırlamaqdır.
- Ümumilikdə klubun inkişafını necə görürsüz?
- İlk növbədə deyə bilərəm ki, klubumuzun düzgün qurulmuş strategiyası var. Ötən həftə AFFA-nın prezidenti Rövnəq Abdullayevin açıqlaması bizi sevindirdi. Cənab Prezidentimiz İlham Əliyevin göstərişi ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurma işləri aparılacaq. Bu addım Azərbaycan futbolunun inkişafı üçün atılan ən önəmli addımlardandır. Sumqayıt şəhəri hələ uzun müddət ölkə futboluna perspektivli futbolçular bəxş edəcəkdir. Fürsətdən istifadə edib azarkeşlərimizi bizi sona qədər dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm.

0
0