Ramil Diniyev ömürlük hakimlikdən uzaqlaşdırılır
22.11.2011 - 00:13
Premyer Liqanın XIII turunda keçirilmiş “Qəbələ” – “Neftçi” matçının baş hakimi Ramil Diniyev ağır cəza alacaq. Apasport.az saytının xəbərinə görə, Qəbələdə baş tutmuş oyunun sonlarında verdiyi şübhəli penalti qərarı gənc referiyə baha başa gələcək.
AFFA-nın bu günə nəzərdə tutulan İntizam Komitəsinin iclasında XIII turda baş verən qanun pozuntularına qiymət verilməklə yanaşı, Diniyevin də şübhəli penalti qərarı araşdırılacaq. Əldə etdiyimiz məlumata görə, Ramil bəy ömürlük hakimlikdən uzaqlaşdırılacaq.
Xatırladaq ki, Diniyev Premyer Liqanın III turunda da diqqət mərkəzinə düşmüşdü. Sentyabrın 14-də keçirilmiş “İnter” – “Bakı” görüşünün son dəqiqələrində onun meydan sahiblərinin qapısına təyin etdiyi 11 metrlik zərbədən sonra “bankirlər” meydanı tərk etmişdilər.

0
0