Vaqif Cavadovun sabiq komandası rekordun 1 addımlığında
22.11.2011 - 09:54
Hollandiyanın “Tvente” klubu fantastik rekordun 1 addımlığındadır. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisi ölkə çempionatında ardıcıl 40 oyundur meydanı qolsuz tərk etmir. 2010-cu ilin sentyabrında “Herakles”lə görüşdə (0:0) qol vura bilməyən “Tvente” həmin vaxtdan meydanı qolsuz tərk etmir. Bu isə Hollandiya çempionatları tarixinin rekorduna çox yaxındır. 1994-cü ilin noyabrından 1995-ci ilin dekabrına kimi olan 13 ayda “Ayaks” 41 matç meydandan qolsuz ayrılmamışdı.
Qeyd edək ki, Azərbaycan milli komandasının sabiq futbolçusu Vaqif Cavadov da bu seriyanın başladığı dövrdə “Tvente”nin futbolçusu idi. Həmin vaxtlar o, komandaya lazım olmadığı üçün icarə əsasında “Bakı”ya göndərilmişdi.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0