Azərbaycan millisi B səbətində
22.11.2011 - 11:22
Azərbaycan millisi B səbətində
U-17 milli komandaları arasında Avropa çempionatının 2012/13 mövsümünün püşkatmasının tarixi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir noyabrın 29-da keçiriləcək.

Slovakiyadakı final mərhələsinə vəsiqəyə iddialı 52 komanda Bakı vaxtı ilə saat 11:30-da başlayacaq tədbirdən sonra rəqiblərini tanıyacaq. I seçmə mərhələdə hərəsində 4 komanda olan 13 qrupda mübarizə aparacaq yığmalar artıq 2 səbətə bölünüb.

A səbəti: İngiltərə, Hollandiya, İspaniya, Fransa, Almaniya, Çexiya, Türkiyə, İsveçrə, Portuqaliya, Xorvatiya, Yunanıstan, Rumıniya, Serbiya, Danimarka, İtaliya, Avstriya, Norveç, İrlandiya, Belçika, Gürcüstan, Finlandiya, Macarıstan, Şimali İrlandiya, Polşa, Belarus, Şotlandiya.

B səbəti: Ukrayna, Rusiya, Lüksemburq, Uels, İsveç, İsrail, İslandiya, Azərbaycan, Estoniya, Sloveniya, Bosniya və Herseqovina, Monteneqro, Bolqarıstan, Latviya, Qazaxıstan, Litva, Kipr, Malta, Farer adaları, Ermənistan, Andorra, Albaniya, Moldova, Makedoniya, San-Marino, Lixtenşteyn.