Millimiz postsovet məkanında 3-cüdür!
22.11.2011 - 11:40
UEFA Avropanın U-19 milli komandalarının reytinq cədvəli açıqlayıb. Apasport.az saytının məlumatına görə, başa çatan son 3 mövsümün nəticələrinə əsasən tərtib olunan siyahıda Azərbaycan yığması 26-cı pillədə qərarlaşıb.
Millimizin hesabında 4,333 xal var. Yığmamız 2008/09 və 2010/11 mövsümlərində 1,333, 2009/10-da 1, 667 xal qazanıb. Vəli Qasımovun yetirmələri bu göstərici ilə keçmiş SSRİ məkanında 3-cü olub. Yığmamız Ukrayna və Rusiya istisna olmaqla, postsovet məkanının UEFA-ya daxil olan digər 8 ölkəni arxada qoyub.
Reytinqin ilk pilləsi isə futbol nəhəngi İspaniyaya məxsusdur – 11,167. Serbiya yığması (10,500) 2-ci, Türkiyə (10,333) 3-cüdür.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0