Zaur Həşimov: Həmin oyunda baş verənlər bir “qəza” idi
22.11.2011 - 11:54
“İnter”lə çətin oyuna çıxmışdıq. Rəqib son zamanlar məğlub olmadan irəliləyirdi. Demək olar 90 dəqiqə mübarizə şəraitində keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın futbolçusu Zaur Həşimova məxsusdur.
Premyer Liqanın XIII turunda “İnter”lə matç (0:0) müdafiəçi üçün uğurlu alınıb. Belə ki, avqustun 8-də, cari mövsümün ilk matçında məhz “bankirlər”lə oyunda sıradan çıxan və 3 aydan çoxdur zədə səbəbindən yaşıl meydanlara həsrət qalan Həşimov məhz onlarla qarşılaşmada komandasına kömək edə bildi.
30 yaşlı müdafiəçi klubun rəsmi saytına açıqlamasında bildirib ki, qazandıqları 1 xal da onlar üçün lazımlıdır: “Düzdür, qalib gələ bilmədik. Amma qazandığımız 1 xalın bizə sonda çox faydası ola bilər. Özümə gəlincə, heç bir həyəcan yox idi. Düzdü, 3 aydan çoxdur meydana çıxmırdım. Amma bunun elə də təsiri olmadığını düşünürəm”.
Zaur növbəti turda qarşılaşacaqları “Neftçi” ilə oyuna da münasibət bildirib: “Həmin oyunda baş verənlər bir “qəza” idi. İnanmıram ki, bu dəfə 2:0 önə keçsək, yenidən 3 top buraxaq. Həmişə “Neftçi”ylə oyunlarımız maraqlı keçir. Bu dəfə də inanıram ki, eyni durumun şahidi olacağıq. Əlbəttə, oyunda qələbə qazanmaq istəyirik. 3 xal bizi yenidən zirvəyə yaxınlaşdıracaq”.

0
0