Sissi Rayt və Şəfəq Nəsirovanın seçimi bilindi
22.11.2011 - 12:19
Sissi Rayt və Şəfəq Nəsirovanın seçimi bilindi
17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Sissi Raytla yığmanın kapitanı Şəfəq Nəsirova FİFA tərəfindən milli komandaların baş məşqçiləri və kapitanları arasında keçirilən sorğuya qatılıblar. Apasport.az saytının məlumatına görə, onların qadınlardan ibarət komandalarda ilin ən yaxşı baş məşqçisinin və ən yaxşı qadın futbolçusunun müəyyənləşdirilməsi məqsədilə hansı məşqçilərə və futbolçulara səs verdiyini müəyyənləşib.

Rayt və Nəsirova aşağıdakı məşqçilərə və futbolçuları seçiblər:

Sissi Rayt (Azərbaycan U-17 (qızlar) yığmasının baş məşqçisi)

Futbolçular:
1. Schelin Lotta – İsveç
2. Marta – Braziliya
3. Wambach Abby – ABŞ

Məşqçilər:
1. Sasaki Norio – Yaponiya milli komandası
2. Sundhage Pia – ABŞ milli komandası
3. Dennerby Thomas – İsveç milli komandası

Şəfəq Nəsirova (Azərbaycan U-17 (qızlar) yığmasının kapitanı)

Futbolçular:
1. Marta – Braziliya
2. Wambach Abby – ABŞ
3. Sawa Homare – Yaponiya

Məşqçilər:
1. Sasaki Norio – Yaponiya milli komandası
2. Vilda Jorge – İspaniya U-17 yığması
3. Dennerby Thomas – İsveç milli komandası

Mənbə: affa.az
0