“Xəzər Lənkəran”ın yubileylə zəngin oyunu
22.11.2011 - 14:36
“Xəzər Lənkəran”ın yubileylə zəngin oyunu
Azərbaycan Premyer Liqasının XIII turu “Xəzər Lənkəran” üçün bir neçə yubileylə əlamətdar olub. Apasport.az-ın klubunun rəsmi saytına istinadən məlumatına görə, öz meydanında “Rəvan”ı qəbul edən komanda tarixində 75-ci dəfə meydanı heç-heçə ilə tərk edib.

Bu heç-heçələrin 61-i ölkə çempionatında, 9-u ölkə kuboku, 4-ü avrokuboklar, 1-i isə “Birlik kuboku”nda qeydə alınıb. 2004/05 mövsümündə 9, növbəti il 10 bərabərliyi olan Lənkəran təmsilçisi çempion olduğu 2006/07 mövsümündə cəmi 5 dəfə 1 xalla razılaşmışdı. 2007/08-də 13, 2008/09-da 6, 2009/10-da 12, 2010/11-də rekord sayda 16, cari mövsümdə isə 4 dəfə heç-heçə edib.

Bu heç-heçə Mirça Rednikin Premyer Liqamızda 15-ci bərabərliyi oldu. Rumıniyalı Azərbaycan çempionatında 45-ci matçında bununla kifayətləndi. Elnur Allahverdiyev isə klub tarixində 45-ci oyununu keçirdi. Eder Bonfim üçün 15-ci olan qarşılaşma Şəhriyar Xəlilov üçün 10-cu qarşılaşma kimi əlamətdar oldu.