AFFA “Turan”a məğlubiyyət verdi
22.11.2011 - 14:41
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun baş tutmayan “Bakı” – “Turan” matçının taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında həmin görüşlə bağlı qərar çıxarılıb. Üzürlü səbəb olmadan oyunda iştirak etmədiyi üçün qonaqlara 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan başqa Tovuz təmsilçisi 5000 manat cərimə də olunub. Bu qələbədən sonra “Bakı” 7-ci pilləyə yüksəlib.
| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
|---|---|---|---|---|---|---|---|
| 1 | "Neftçi" | 13 | 8 | 3 | 2 | 33-19 | 27 |
| 2 | "Qəbələ" | 13 | 8 | 2 | 3 | 19-14 | 26 |
| 3 | "İnter" | 13 | 7 | 2 | 4 | 17-11 | 23 |
| 4 | AZAL | 13 | 7 | 2 | 4 | 25-13 | 23 |
| 5 | "Kəpəz" | 13 | 6 | 3 | 4 | 21-17 | 21 |
| 6 | "Qarabağ" | 13 | 5 | 1 | 7 | 20-25 | 16 |
| 7 | "Bakı" | 13 | 5 | 1 | 7 | 29-27 | 16 |
| 8 | "Turan" | 13 | 4 | 3 | 6 | 21-27 | 15 |
| 9 | "Sumqayıt Şəhər" | 13 | 4 | 2 | 7 | 19-23 | 14 |
| 10 | "Simurq" | 13 | 3 | 5 | 5 | 17-26 | 14 |
| 11 | "Rəvan" | 13 | 3 | 4 | 6 | 14-23 | 13 |
| 12 | "Xəzər Lənkəran" | 13 | 3 | 2 | 8 | 15-25 | 11 |
0
0