“Ramin Musayevin yalan danışdığı sezilir”
22.11.2011 - 15:06
Azərbaycanlı sabiq FİFA hakimi Babək Quliyevin apasport.az saytına müsahibəsi
- Premyer Liqanın XIII turunda “Qəbələ” – “Neftçi” matçında baş hakim Ramil Diniyevin idarəçiliyini necə qiymətləndirərdiniz?
- Ramil Diniyev yaxşı hakimdir. Ona və başqalarına azadlıq verilsə, yaxşı hakimlik edərlər və belə problem də yaranmaz. Sərbəst olsalar, hakimlər hər şeyi qaydalar çərçivəsində edərlər. Özüm də hakimlik etmişəm və nə dediyini bilirəm.
- Sizcə, hakimlər sifariş yerinə yetirirlər?
- Tabe olduqları insanlar hakimlərin beyinlərini o qədər doldururlar ki, sonda da belə qalmaqal düşür. Diniyevin səhvlərinə don geyindirmək olmaz. 90+4-cü dəqiqədə olmayan penalti zərbəsini təyin etmək... Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov televiziyaya çıxıb, “Qəbələ” – “Neftçi” görüşündəki hakimliyə görə hamıdan üzr istəyir. Ancaq üzr istəməklə, iş bitmir. Baxın, klub rəhbərləri futbolun inkişafı üçün nə qədər sərmayə qoyurlar. Nəticədə Azərbaycan futbolu inkişaf edir. Bunun müqabilində hakimliyimizin səviyyəsi göz qabağındadır. Onları sərbəst buraxmaq lazımdır, beyinlərini doldurmaq yox.
- Hakimlərə kənardan nəsə deyir, tapşırıq verirlər?
- Hakimlər Komitəsinin sədri işini düzgün qurmayıb. Xaqani Məmmədov postundan istefa verməlidir. Ancaq bununla da iş bitmir.
- Başqa hansı islahatlar olmalıdır?
- Hakimlər və Hakim-İnspektorlar Komitəsi birbaşa AFFA-nın baş katibi Elxan Məmmədovun tabeçiliyinə verilməlidir. Çünki o, düzgün insandır və işini yaxşı bilir. Sabiq AFFA prezidenti Ramiz Mirzəyevin vəfatından sonra 4-5 ay əsas idarəçilik Elxan müəllimdə oldu. Həmin vaxt mən də hakim idim. Çox gözəl hakimlik vardı, hər şey qaydalar çərçivəsində idi. Hakimlərin başını heç nə ilə doldurmurdular.
- Siz Hakimlər və Hakim-İnspektorlar Komitəsinin Peşəkar Futbol Liqasının tabeçiliyində olmasını düzgün saymırsınız. Ancaq sənəddə hər 2 komitə bu quruma yox, AFFA-ya tabedir...
- Bu 2 komitə birbaşa Elxan Məmmədovun tabeçiliyində olmalıdır. Bu, birmənalıdır. PFL prezidenti Ramin Musayev çox deyir ki, hakimlər mənim tabeçiliyimdə deyil. Əslində isə verdiyi açıqlamalarda Ramin Musayevin yalan danışdığı aşkar sezilir. PFL nə üçündür? Çempionatı keçirmək üçün. PFL AFFA-nın keçmiş Yarışların Təşkili və Keçirilməsi Departamenti kimi bir qurumdur. Əgər hakimlər baş katibin tabeçiliyinə verilsə, Məmmədov bunun öhdəsindən çox yaxşı gələcək.
- Bəs Hakimlər Komitəsinin sədri vəzifəsinə kimləri namizəd sayırsınız?
- O vəzifənin öhdəsindən yaxşı gəlməyə layiq mütəxəssislər var. Sadəcə, ad çəkmək istəməzdim. Çəksəm, deyəcəklər ki, tərəfkeşlik edir. Bilirsiniz, mənim fikirlərim birmənalı qarşılanmır. Bir müddət əvvəl saytınıza verdiyim müsahibdən sonra mənə dedilər ki, özünü reklam edirsən. Yəni, söylədiklərim kimlər üçünsə başqa cür qəbul olunur. Axı bu qədər qalmaqaldan sonra Xaqani Məmmədov niyə postunda qalmalıdır?
- İndiki vəziyyətdə əcnəbi hakim gətirməyi optimal variant sayırsınız?
- Birmənalı şəkildə yox. Bizdə yaxşı hakimlər var, onlara inanmaq lazımdır. Onlara desən ki, çıx təmiz hakimlik et, işinin öhdəsindən gələcək. Bu məsələlərdə “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun heç bir günahı yoxdur. O, xeyli vaxtdır idman sahəsində çalışır, xidmətləri var. “Neftçi”nin prezidenti kimi Azərbaycan futbolunun inkişafına çalışır. Ancaq bəziləri onun işinə xələl gətirirlər. Həmin insanları axtarıb tapıb, üzə çıxarmaq lazımdır. Onların məqsədi Sadıq müəllimin gördüyü işlərə kölgə salmaqdır. “Neftçi” oyununda, qalib gəlməyində problem yoxdur. Məgər zəif komandadır ki?
- Bəs komitə sədrinin əcnəbi olmağına necə baxırsınız? Bir sıra postsovet məkanında, elə Rusiyada belə praktika var. Məşhur Roberto Rozettini Hakimlər Komitəsinə rəhbər təyin ediblər...
- Öz keçmiş hakimləri - Yuri Baskakovu da onun yanına qoyublar. Hesab edirəm ki, AFFA-nın Hakimlər Komitəsinin sədri özümüzünkü olmalıdır. Sadəcə, əcnəbi mütəxəssis gətirmək olar ki, ona kömək etsin. Xaqani Məmmədov deyir ki, hakimlərimizin inkişafı üçün kənardan mütəxəssislər cəlb edirik. Ancaq 50 dəfə də dəvət etsən, bunun xeyri olmayacaq. Xaqani vəzifəsindən getməlidir.
- Hakimlərimizin əvvəlki dövrlərdən fərqli, qərəzli olmadığı bildirilir və ilk növbədə qərəzli idarəçiliyin qarşısını almağa çalışırlar...
- Qərəz və səhv tam fərqli şeylərdir. Səhv odur ki, hakim tutduğu mövqedən həmin epizodu dəqiq görmür, səhv edir. Ancaq hər şey onun gözü qabağında olursa, məgər bu, qərəzlik deyil?
- Hakimlərin beynini dolduran insanların nə məqsədi, marağı var ki?
- Yenə deyirəm ki, Elxan Məmmədovun vaxtında belə hakim səhvləri olmurdu. Ancaq indi Ramil Diniyevi, Elnur Muradov kimi gənc hakimləri qabağa verib, onları “yandırırlar” və öz işlərini həyata keçirirlər. Bu 4 ildə Azərbaycan hakimliyində heç bir inkişaf yoxdur. 99,9 faiz insanlar belə düşünürlər. 0,01 faiz qalır ki, onlar da özləridir. Hakimə deməlisən ki, çıx, açıq başla təmiz idarəçilik elə. Görün vəziyyət hansı həddə çatıb ki, “Qəbələ” kimi kluba qarşı belə hakimlik edilir. Mən Qəbələdə olmuşam, orada klub rəhbərliyinin gördüyü böyük işlərlə tanış olmuşam. “Qəbələ”nin rəhbərliyi alicənab insanlardır, heç vaxt hakimlikdən danışmayıblar. Ancaq görün başlarına hansı oyunu açıblar ki, axırda dözməyib narazılıqlarını bildirdilər.
- Ramil Diniyevi ağır cəza gözləyir və mövsümün sonuna kimi hakimlikdən uzaqlaşdırılmağı mümkündür. Sizcə, onu da sizin kimi ümumiyyətlə, hakimlikdən kənarlaşdıra bilərlər?
- Ona belə səhvlərinə görə cəza lazımdır. Ancaq hakimləri birdəfəlik silmək olmaz. Bunu etmək ən asan məsələdir. Axı bir hakimin tam püxtələşməsi üçün xeyli vaxt lazımdır. Bunu düzgün saymıram. Sadəcə, hakimlikdə neçə illərdir yığılan “pas” üzə çıxır. AFFA dünya futboluna inteqrasiya edir. Hakimlər birbaşa federasiyanın baş katibinə tabe olmalıdır. Mən 44 ölkədə olmuşam və hər birində hakimlərin kimə tabeçiliyi ilə maraqlanmışam. Onların hər birində hakimlər baş katibə tabedirlər və bizdə də belə olmalıdır.

0
0