“Onun qışqırtısı bütün zalı başına götürmüşdü” - MÜSAHİBƏ
22.11.2011 - 17:30
“Araz” klubunun futzalçısı Vitali Borisovun apasport.az saytına müsahibəsi
- Komandanız Barselonada elit mərhələdə çıxışını başa vurdu. Qrup oyunları haqda nə deyə bilərsiniz?
- İlk görüşdə Hollandiya çempionu “Eyndhoven”lə qarşılaşdıq. Oyuna yaxşı başlamışdıq və 4:1 hesabı ilə irəlidə idik. İkinci hissədə bir qədər arxayınlaşdıq və qapımızdan 2 top buraxdıq. Yaxşı ki, sonradan beşinci topu vura bildik. Əslində, biz asan qələbə qazanacağımızı gözləyirdik. Ancaq hadisələrin gedişatı bir daha göstərdi ki, sona qədər mübarizə aparmaq lazımdır. Birinci oyunlar hər zaman ağır olur. Təsadüfi deyil ki, “Eyndhoven”lə matçın ikinci hissəsində çox əsəbi idik. İkinci matçdakı rəqibimiz Çexiya çempionu “Xrudim” idi. Açığı, fiziki cəhətdən bu komanda ilə bacarmadıq. Taktiki, texniki parametrlərə görə onlar bizi üstələmirdilər. Yeganə uduzduğumuz fiziki hazırlıq idi. Bu sona yaxın daha qabarıq şəkildə özünü göstərdi. Üçüncü oyunda “Barselona” ilə üz-üzə gəldik. Matçdan əvvəl komanda şəklində söhbətimiz oldu. Onların favorit olduğunu bilirdik. Sadəcə, sübut etmək istəyirdik ki, çexlərə məğlubiyyət təsadüfi oldu. Əks-hücumlarda oynadıq. Hətta udmaq şansımız da var idi. Bilirsiz, güclü komandaya qarşı oynamaq asandır. Çünki konsentrasiya baxımından problemlə qarşılaşmırsan.
- Çexiyalılarla dueldə hər kəs sizdən qələbə gözləyirdi. “Araz”ın isə fiziki planda məğlub olduğunu dediniz. Bəs baş məşqçi görüşdən əvvəl rəqibi analiz etməmişdi?
- Əlbəttə, analiz etmişdik. Ancaq həmin gün oyunumuz alınmadı.
- “Araz” qrupda keçirdiyi 3 oyunda 3 fərqli nəticə göstərdi. Buna əsasən komandanın çıxışını qeyri-sabit hesab etmək olarmı?
- 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət. Bunu qeyri-sabit çıxışı kimi dəyərləndirmək olar. Bizim hazırlıq keçmək üçün çox az vaxtımız var idi. Oynayacağımız “dördlük”lər şəklində hazırlıq keçə bilmədik. Legionerlər komandaya gec qoşuldular. Buna görə də fiziki cəhətdən “axsadıq”. Belə olan halda, oyun getmədi.
- “Barselona” ilə matçdan əvvəl komandada hansısa gərginlik var idimi?
- Xeyr. Baş məşqçi bizi yığdı və öz oyunumuzu oynamağı tapşırdı. Dedi ki, siz də futzal oynamağı bacardığınızı sübut edin. Heyətimizdə elə futzalçı var idi ki, onlar üçün bu ilk belə mötəbər turnir idi. Onlar heç vaxt bu cür yarışda iştirak etməyiblər.
- Yeri gəlmişkən, qrupda “Barselona”dan xal alan yeganə komanda “Araz” oldu. Oyundan sonra komandamıza qarşı münasibət necə idi?
- Onların prezidentlərinin və baş məşqçilərinin müsahibələri ilə tanış olduq. Fikirləri belə idi ki, “Araz” layiqli komandadır. Oyunun sonlarında “Barselona”nın baş məşqçisinin çox həyəcan keçirdiyini gördük. Onun qışqırtısı bütün zalı başına götürmüşdü. Çünki son dəqiqələrdə bizim qol vurmaq üçün imkanımız oldu. Rəqib bu cür olacağını gözləmirdi. Yəni qələbə qazansaydıq, qrupdan çıxmaq şansımız yaranırdı.
- Turnirdən əvvəl komandaya bir neçə legioner qoşulmuşdu. Onlar ümidləri doğrulda bildilərmi?
- Bu suala baş məşqçi və rəhbərlik cavab verə bilər. Ancaq komanda yalnız legionerlərdən ibarət deyil. Bacardığımızı etdik.
- Barselona həm də dünyanın futbol mərkəzlərindən hesab edilir. “Barselona”nın əsas komandasının oyununu “Nou Kamp” stadionunda izləmək əksəriyyət üçün bir arzudur. Orda olduğunuz vaxt bu fürsətdən yararlandınızmı?
- Məşqdən sonra iki saatlıq şəhəri gəzdik. Bəxtimizdən yağış yağırdı. İmkan tapıb “Nou Kamp”da “Barselona” – “Saraqoza” oyununu da stadiondan izlədik.
- 2010-cu ildə “Araz” “Dördlər finalı”nda çıxış etdi və bürünc medala sahib çıxdı. Ancaq son 2 ildə bu uğuru təkrarlamaq olmur. Bəlkə komandada eniş yaşanır?
- Əvvəla həmin vaxt hazırlıq keçmək üçün vaxtımız çox oldu. Bir yerdə çox oynadığımıza görə bir-birimizi gözüyumulu başa düşürdük. Üstəlik, püşk zamanı bəxtimizin də gətirdiyini deyə bilərəm. Qrup oyunları da Bakıda keçirildi. Ötən il çətin komandalarla qarşılaşdıq. Rusiya, İtaliya çempionları ən güclülərdən idi. Yeri gəlmişkən, həmin il Rusiya çempionu UEFA kubokunun qalibi oldu. Builki rəqiblərimiz isə göz qabağındadır. “Barselona”nı finalda görürəm. Düşünürəm ki, onlar çempionluq uğrunda Moskva “Dinamo”su ilə qarşılaşacaqlar.
- Sizi dekabrda, amma bu dəfə yığmanın heyətində daha bir çətin sınaq gözləyir. Söhbət dünya çempionatının Bakıda keçiriləcək qrup mərhələsinin oyunlarında gedir. Rəqiblər haqda nə deyə bilərsən?
- Ukrayna ilə iki dəfə qarşılaşmışıq. İki il əvvəl Avropa çempionatının final mərhələsi çərçivəsində keçirilən oyunda penaltilər hesabına qələbə qazanmışdıq. İkinci dəfə isə Bakıda keçirilən turnirdə üz-üzə gəldik. Həmin qarşılaşmada da qələbəni biz qazanmışdıq - 3:0. Buna baxmayaraq, Ukrayna çox güclü komandadır. Xorvatiya bir müddət Avropa çempionatının finallarında oynasa da, son illərdə onlarda eniş yaşanır. Orta səviyyəli komanda olacaqlarını düşünürəm. Makedoniya futbolu hər zaman güclü olub. Futzal komandalarının da zəif olmayacağını düşünürəm. İki komanda növbəti mərhələyə yüksələcək. Ancaq bizə lazımdır ki, qrup lideri kimi vəsiqə qazanaq. Çünki birinci yerin sahibi kimi növbəti mərhələyə çıxsan, digər rəqiblərin qrup ikinciləri olacaqlar.
- Yığmamızın şanslarını necə dəyərləndirirsən?
- Qrupdan mütləq çıxacağıq. Ancaq söhbət neçənci yerin sahibi kimi vəsiqə qazanmaqdan gedir. Hazırlığa başlayacağıq. Təxminən 20 gün vaxtımız var.

0
0