“Əsas odur ki, irəliyə doğru addımlayırıq” - MÜSAHİBƏ
22.11.2011 - 16:10
“İnter”in qapıçısı Giorgi Lomaya klubunun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, gürcüstanlı legioner hesabat turunda “Qarabağ”la keçirilən oyun və növbəti turda AZAL ilə baş tutacaq matç barədə fikirlərini bildirib.
- Öncə “Qarabağ”la keçirilən oyun barədə fikirlərini bilmək istərdik...
- “Qarabağ”la oynamaq təkcə bizə deyil, digər komandalara da çətindir. Düşünürəm ki, bazar günü baş tutmuş oyunun nəticə qanunauyğundur. Hər iki komandanın hesabı açmaq şansları yarandı, lakin heç-heçə hər halda ədalətli nəticə oldu.
- Son zamanlar “Qarabağ”ı “İnter” üçün ən çətin rəqib adlandırmaq olar. Artıq 5 oyundur komandanız ağdamlıların qapısına yol tapa bilmir...
- Doğrusu, neçə oyundur “Qarabağ”ın qapısındna top keçirə bilmədiyimizi hesablamamışam, lakin hər seriyanın sonu olur. Əgər əvvəlki oyunlarda qol vura bilməmişiksə, deməli, növbəti oyunda mütləq qol vurarıq.
- Amma heç-heçə “İnter”i turnir cədvəlində 2-ci yerə yüksəltdi...
- Əsas odur ki, biz irəliyə doğru addımlayırıq. Bütün komandalarla belə ruhda oynamağı davam etdirsək, o zaman əminəm ki, mövsümün sonunda bizi yaxşı nəticə gözləyəcək.
- “İnter”in çətin oyunlar seriyası davam edir və qarşıda komandanı AZAL ilə matç gözləyir. Bu klubla keçiriləcək oyun barədə nə deyə bilərsiniz?
- Bütün oyunlar bizim üçün çətindir. Hətta qalib gəldiyimiz oyunlarda da 3 xal böyük zəhmət hesabına əldə edilir. Autsayderlərlə oyunlarda da qələbələrimiz asan olmur. Bizim üçün AZAL-a və ya “Qarabağ”a qarşı oynayacağımızın fərqi yoxdur. Biz bütün rəqiblərə qarşı eyni səviyyədə köklənirik və meydana qələbə ardınca çıxırıq.
- Bu mövsüm çempionat kifayət qədər qalmaqallı alınır. Demək olar ki, hər turda müxtəlif ziddiyyətli hadisələr baş verir. Bu barədə də fikirləriniz maraqlıdır...
- Bilirsiniz, bunu şərh etmək istəmirəm, ona görə ki, kompetensiyama daxil deyil. Futbolçuların vəzifəsi meydana çıxmaq və oynamaqdan ibarətdir, digər məsələləri isə başqa şəxslər həll etməlidirlər.

0
0