Starkovun 1-ci, “Bakı”nın 55-ci nəticəsi
22.11.2011 - 16:58
Starkovun 1-ci, “Bakı”nın 55-ci nəticəsi
“Bakı”nın Premyer Liqanın son turundakı nəticəsi baş məşqçi Aleksandr Starkov üçün əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, 56 yaşlı latviyalı mütəxəssis bu ilin yanvarından çalışdırdığı “zolaqlılar”da ilk böyük hesablı qələbəsini qazandı. Bu, “Turan”la ev oyununda 5:0-la reallaşdı. Özü də həmin nəticə “Bakı”nın əsas komandasının öz təlim-məşq bazasında ilk qələbəsi kimi tarixə düşdü.

Starkovun yetirmələri bunadək bazasında debüt matçında “Xəzər Lənkəran”la görüşərək, 2:2 hesablı bərabərliyə qaldı. Həmin matçda dubl edən “Bakı”nın hücumçusu Uinston Parks həm keçmiş komandasını cəzalandırdı, həm də indiki klubunun bazasında ilk qolunun müəllifi oldu. “Turan”la səfər oyununda da (2:0) qol vuran Kosta-Rika yığmasının üzvü tovuzluların qapısına hər 2 dövrədə yol tapa bildi. “Zolaqlılar”da yubiley oyununda (30) yubiley qələbəsini (10) qazanan Starkov isə ardıcıl 2-ci dəfə qalib gəldi və hər ikisi Qərb təmsilçiləri (bunadək səfərdə “Kəpəz” üzərində 3:1) ilə matçlarda reallaşdı.

Məlum olduğu kimi, “Bakı”nın tarixi 1997-ci ildən - “Dinamo” adlanan dövrdən başlayır və bu müddətdə daxili yarışlarda böyük hesablı qələbələri çox olub. Starkovun “siftə”sinin “zolaqlılar”in tarixində yubiley – 55-ci böyük hesablı qələbəsinin olmağı baxımından da diqqət çəkir. “Bakı” 3-cü dəfə 5:0 hesabı ilə qalib gəldi ki, bundan da böyük hesablı nəticələr olub. Ən böyük hesablı qələbə isə Azərbaycan kubokuna təsadüf edir. Belə ki, komanda makedoniyalı baş məşqçisi Qyoko Hacıyevskinin vaxtında – 2008-ci ilin oktyabrın 30-da I divizion təmsilçisi “Qafqaz Universiteti”ni Tofiq Bəhramov adına Respublika stadionunda 10:0 hesabı ilə darmadağın edib. “Bakı”nın ən diqqəti çəkən böyük hesablı qələbələrdən biri də elə Hacıyevskinin vaxtında olub. Bu, çexiyalı baş məşqçi Vlastimil Petrjelanın çalışdırdığı “Neftçi” üzərində Respublika stadionunda 5:1 hesablı qələbədir.

“Turan”la oyuna gəlincə, “Bakı” onu daha böyük hesabla da məğlub edə bilib. Bu da “zolaqlılar”ın çempion olduğu 2008/09 mövsümündə olub. Onda Hacıyevskinin yetirmələri “Turan”ın qapısına 7 cavabsız top vurmuşdu. Tovuzun digər təmsilçisi olan “Rote Fahne” isə bakılılardan daha ağır zərbə alıb. Bu komanda 2006/07 mövsümündə çıxış edərək, I divizion təmsilçisi olub. Onda “Bakı” tovuzlularla kubokda görüşərək, Respublika stadionunda 9:1 hesablı qələbəyə sevinmişdi.



“Bakı”nın (əvvəlki adı “Dinamo”) böyük hesablı qələbələri

1997/98 mövsümü
Azərbaycan milli çempionatı
“Dinamo” – “Qarabağ” – 3:0

1998/99 mövsümü
Azərbaycan milli çempionatı
“Şəfa” – “Dinamo” – 0:3
“Dinamo” – “Şahdağ” – 5:0
“Dinamo” – “Viləş” – 5:0
“Dinamo” – “Neftqaz” – 5:1
“Kimyaçı” – “Dinamo” – 0:3
“Dinamo” – “Şəmkir” – 4:1

Azərbaycan kuboku
“Dinamo” – “Şahdağ” – 5:1, 3:0

1999/00 mövsümü
Azərbaycan milli çempionatı
“Şəfa” – “Dinamo” – 0:3
“Dinamo” – OİK – 4:0

Azərbaycan kuboku
“Dəniz neftçiləri” – “Bakı” - 1:4, 1:10

2000/01 mövsümü
Azərbaycan milli çempionatı
“Dinamo-Bakılı” – “Turan” – 4:1
“Dinamo-Bakılı” – “Araz” – 3:0

Azərbaycan kuboku
“Narzan” – “Bakı” - 0:3, 1:9
“Bakı” - “Real” – 4:0, 3:0

2003/04 mövsümü
Azərbaycan milli çempionatı
“Kəpəz” – “Dinamo” – 1:4
“Dinamo” – “Ədliyyə” – 3:0
“Dinamo” – “Xəzər” (Sumqayıt) – 5:1
“Dinamo” – “Şahdağ” – 4:0
“Dinamo” – “Xəzər Universiteti” – 4:0

2004/05 mövsümü
Azərbaycan milli çempionatı
“Şəfa” – “Bakı” – 0:3
“Bakı” – “Şahdağ-Samur” – 4:1
“Ədliyyə” – “Bakı” – 0:6
“Bakı” – “Göyəzən” – 6:0
“Bakılı” – “Bakı” – 2:7
“Bakı” – “Ədliyyə” – 4:0

Azərbaycan kuboku
“Olimpik” – “Bakı” – 0:3

2005/06 mövsümü
Azərbaycan milli çempionatı
“Bakı” – “Göyəzən” – 3:0
MOİK – “Bakı” – 0:4
“Şahdağ” – “Bakı” – 0:3
“Bakı” – MOİK – 3:0
“Bakı” – “MKT-Araz” – 3:0


2006/07 mövsümü
Azərbaycan milli çempionatı
“Bakı” – “Gənclərbirliyi” – 3:0

Azərbaycan kuboku
“Bakı” – Rote Fahne” – 9:1

2007/08 mövsümü
Azərbaycan milli çempionatı
“Bakı” – “Neftçi” – 5:1
“Gənclərbirliyi” – “Bakı” – 0:3
“Bakı” – “Qəbələ” – 3:0
ABN – “Bakı” – 0:4

Azərbaycan kuboku
“Bakı” – “Standard-2” – 5:1
“Bakı” – “İnter-2” – 3:0

2008/09 mövsümü
Azərbaycan milli çempionatı
“Bakılı” – “Bakı” – 0:7
“Bakı” – “Qəbələ” – 3:0
“Bakı” – “Turan” – 7:0
“Muğan” – “Bakı” – 0:4
MOİK – “Bakı” – 0:3
“Bakı” – “Muğan” – 4:0

Azərbaycan kuboku
“Bakı” – “Qafqaz Universiteti” – 10:0, 3:0

2009/10 mövsümü
Azərbaycan milli çempionatı
“Qarabağ” – “Bakı” – 1:4
“Bakı” – “Bakılı” – 6:0

2010/11 mövsümü
Azərbaycan milli çempionatı
MOİK – “Bakı” – 0:4

2011/12 mövsümü
Azərbaycan milli çempionatı
“Bakı” – “Turan” – 5:0

Mehman SÜLEYMANOV