Yenə tura “İnter” yekun vuracaq
22.11.2011 - 17:26
Yenə tura “İnter” yekun vuracaq
Premyer Liqada XIV turun oyunlarının başlanma vaxtı və keçirilmə yeri açıqlanıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 2-ci dəfə tura “İnter”in ev oyunu ilə yekun vurulacaq. “Bankirlər” “Qarabağ” kimi, AZAL-la da “Şəfa” stadionundakı matçı saat 18:00-da başlayacaq. Ancaq fərq ondadır ki, “İnter”in bu dəfə öz meydanındakı görüşü bazar yox, şənbə keçiriləcək.


25 noyabr

14:00. "Kəpəz" - "Turan"
Gəncə. Şəhər stadionu

14:00. "Sumqayıt Şəhər" - "Rəvan"
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

16:00. "Simurq" - "Xəzər Lənkəran"
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

26 noyabr

13:30. "Bakı" - "Qəbələ"
Bakı. "Bakı" klubunun təlim-məşq bazasının stadionu

14:00. "Qarabağ" - "Neftçi"
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu

18:00. "İnter" - AZAL
Bakı. "Şəfa" stadionu