Qapıçı kar oldu, oyun dayandırıldı
22.11.2011 - 17:58
Argentina çempionatının XV turunda “Estudiantes” – “Banfild” oyununda (0:1) yarımçıq dayandırılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb meydanda yaranan insident olub. Meydan sahiblərinin azarkeşləri qonaqların qapıçısı Kristian Luçettiyə fişəng atıb. Nəticədə pirotexniki vasitənin gurultusundan futbolçunun qulağı tutulub. O, akustik xəsarət alıb və bunun keçib-gedəcəyi gözlənilir.
Oyun insidentə görə 13-cü dəqiqədə dayandırılıb. “Estudiantes”in təcrübəli kapitanı Xuan Sebastyan Veron azarkeşlərə qarışıqlığı dayandırmaqla bağlı müraciət edib. Ancaq matçı davam etdirmək mümkün olmayıb. Çünki komandaların futbolçularının təhlükəsizliyinə elə də təminat verilməyib.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0