“Qarabağ”da daha bir ölüm xəbəri
03.12.2011 - 12:10
“Qarabağ”ın futbolçusu Rəşad Sadıqov Türkiyəyə yollanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, milli komandamızın kapitanı hazırda qardaş ölkədə müalicə olunur.
Qolu qırıldığından, xeyli vaxtdır oynamayan Rəşadın əlindəki gipsi açıldıqdan sonra bərpa prosesi keçir. Onunla yanaşı, hazırlıqda iştirak etməyən “Qarabağ”ın digər futbolçusu – Emin İmaməliyev də Premyer Liqanın növbəti turunda “Turan”la səfər oyununda meydana çıxmayacaq. Emin bibisinin vəfatı ilə əlaqədar komandanın hazırlıq keçdiyi Gəncəni tərk edərək, Bakıya qayıdıb. Yaxında atasını itirən albaniyalı müdafiəçi Ansi Aqolli ilə “Qarabağ”la məşqlərini davam etdirir. Onun sabah oynayıb-oynamayacağına baş məşqçi Qurban Qurbanov qərar verəcək.
Qeyd edək ki, “Qarabağ” “Turan”la oyuna sabah yollanacaq və matç 14:00-da başlayacaq.

0
0