“Hər bir komandaya ciddi yanaşmaq lazımdır”
04.12.2011 - 19:31
“Hər bir komandaya ciddi yanaşmaq lazımdır”
“Hər bir komandaya oyunun ilk dəqiqələrindən ciddi yanaşmaq lazımdır. Qol imkanlarımız oldu, lakin istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.

O, Premyer Liqanın XV turunun “Kəpəz”lə ev oyunundakı 1:2 hesablı məğlubiyyət haqda fikirlərini açıqlayıb: “İlk hissədə iki top buraxdıq, fasilədə əvəzetmələr etdik. Bu əvəzetmələr uğurlu alındı. Təəssüf ki, məğlub olduq. Ayın 10-da bizi daha ciddi rəqiblə - “Bakı” klubu ilə sınaq gözləyir. Bu oyuna hazırlaşacağıq”.
0