“Barselona”nın 28 oyunluq rekordu
07.12.2011 - 10:19
“Barselona” növbəti rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi bu dəfə avrokuboklarda vurduğu qollarla öz sözünü deyib. Belə ki, Xosep Qvardiolanın çalışdırdığı komanda Çempionlar Liqasında (ÇL) ardıcıl 28 oyundur qol vurur. “Barsa” qrup mərhələsinin son turunda zəif heyəti ilə Belarusun BATE klubuna 4 cavabsız qol vura bilib. ÇL-in son qalibi 6 oyunda 20 qol vurmaqla, “Mançester Yunayted”in rekordunu təkrarlayıb. İngiltərə təmsilçisi qrup mərhələsində bu məhsuldarlığı 1998/99 mövsümündə göstərib.
Qeyd edək ki, “Barsa” yaxında öz çempionatının cari mövsümündə evdə qol buraxmamaqla imza atdığı rekordunu davam etdirir.
Qeyd edək ki, “Barsa” yaxında öz çempionatının cari mövsümündə evdə qol buraxmamaqla imza atdığı rekordunu davam etdirir.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0