“Qarabağ” Lənkərana oyundan 2 gün əvvəl gedir
07.12.2011 - 12:02
Premyer Liqanın XVI turunda “Xəzər Lənkəran”la qarşılaşacaq “Qarabağ” sabah, oyundan 2 gün əvvəl Lənkərana yola düşür. Apasport.az saytının məlumatına görə, dekabrın 4-də baş tutan “Turan” matçı ilə 11 günlük səfərə son qoyan Ağdam təmsilçisi Bakıya qayıtmışdı. 1 günlük istirahətin ardından məşqlərə start verən Qurban Qurbanovun yetirmələri günə 1 çalışma yerinə yetirməklə, “Xəzər Lənkəran”la oyunun hazırlıqlarını davam etdirir.
“Qarabağ” sabah səhər məşq etdikdən sonra Lənkərana yollanacaq. Komandada vacib oyunöncəsi itki yoxdur. Türkiyədən bərpa prosesi keçən Rəşad Sadıqov da artıq geri dönüb. Sadıqov hələlik fərdi məşqlərlə kifayətlənir. 29 yaşlı müdafiəçinin oyuna çıxıb-çıxmayacağı isə hələ bəlli deyil.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qarabağ” oyunu dekabrın 10-da baş tutacaq.

0
0