“Mirça Redniklə qalmaqalımın olması cəfəngiyatdır”
13.12.2011 - 10:34
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednikin Rumıniyanın CFR klubuna təyinatı baş tutmayıb. Apasport.az saytının məlumatına görə, Kluj təmsilçisi istefaya göndərdiyi İonut Badyanın yerinə Klaudiu Nikuleskunu “sükanı arxası”na gətirib.
Ancaq bu təyinat müvəqqətidir və Nikuleskunun yalnız ilin sonuna kimi baş məşqçi olacağı bildirilir. Artıq komandanı ilk məşqə də çıxaran rumıniyalı çalışdırıcı namizədlər siyahısında olan Redniklə qalmaqalının olmasını təkzib edib: “Bu, cəfəngiyatdır. Mənim həmişə Mirça Redniklə münasibətlərim, işbirliyim yaxşı olub. O, dəyərli məşqçidir. Ancaq çoxları bunu bilmir. CFR-in rəhbərliyi baş məşqçi postuna ən yaxşı variantı seçəcək”.
Qeyd edək ki, Nikulesku artıq komandada ikinci dəfə müvəqqəti baş məşqçi vəzifəsini icra edəcək.

0
0