Tovuzda hakimi döyən şəxslərdən üçü zaminə buraxıldı
13.12.2011 - 12:15
Premyer Liqanın XV turunun “Turan” – “Qarabağ” oyunundan sonra baş verən qalmaqalda şübhəli bilinən Habil Aslanovun istintaqı davam edir. Apasport.az saytının məlumatına görə, Tovuz stadionundakı əməlləri üzündən ona Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə ittiham irəli sürülüb. Aslanov silahdan və ya silah kimi istifadə olunan əşyanın köməyilə xuliqanlıq etməkdə günahlandırılır.
3 ildən 7 ilədək həbs cəzası gözləyən Aslanov məhkəmə qərarınadək həbsdə saxlanılacaq. Onunla yanaşı saxlanılar digər 3 şübhəli isə zaminə buraxılıb.
Qeyd edək ki, Tovuzdakı oyundan sonra matçın hakimləri vəhşicəsinə döyülmüşdü.

0
0