Berti Foqts siftə etməyə gəlir
14.12.2011 - 00:03
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Almaniyadan Bakıya qayıdır. Apasport.az saytının məlumatına görə, Bakıda seleksiya xarakterli təlim-məşq toplanışından sonra vətəninə yollanan mütəxəssisin bu dəfə paytaxtımıza dönüşü tez olacaq.
Onun AFFA-nın dekabrın 19-da keçirəcəyi 2011-ci ilin ən yaxşı futbolçularını mükafatlandırma mərasimində iştirakı gözlənilir. Bunun reallaşmağı ilə millimizin 65 yaşlı çalışdırıcısı “siftə”yə imza atacaq. Belə ki, o, əvvəl 2 dəfə keçirilən - “Landmark” Biznes Mərkəzinin “Rotunda” zalında təşkil olunan tədbirlər zamanı vətənində olduğundan, iştirak edə bilməmişdi. Həmin tədbirlər dekabrın 21-də keçirilmişdisə, bu dəfə 2 gün əvvəl olacaq.
Qeyd edək ki, İçərişəhərdəki “ART Garden” restoranında saat 12:30-da başlayacaq mərasimdə müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılacaq. Bunlar ənənəvi nominasiyalardır. Yəni milli komandanın ən yaxşı futbolçusu və qapıçısı ilə yanaşı, ilin ən yaxşı qadın, çimərlik futbolçusu, futzalçısı müəyyənləşəcək.

- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
0
0