Emin Mahmudov: Mənə Aleksandr Səmədovu misal gətirdilər
14.12.2011 - 17:34
“Mən hansı ölkənin şərəfini qoruyacağım haqda hələ qərar verməmişəm. Klubumda oynamadığımdan, indi yığma haqda düşünmürəm də”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moskvanın “Spartak” klubunun azərbaycanlı futbolçusu Emin Mahmudov deyib.
Ölkəmizdə anadan olan, sonradan ailəsi ilə birgə Moskvaya köçən 19 yaşlı yarımmüdafiəçi 1 il öncə keçdiyi Rusiyanın ən titullu klubunda günlərini ehtiyat oyunçular skamyasında keçirir. Emin həm Rusiya, həm də Azərbaycan yığmasında oynamaq imkanına malik olduğundan, hansına seçim edəcəyi şimal qonşularımızın diqqət mərkəzindədir.
AFFA-nın baş katibi Elxan Məmmədov 3 ay öncə Rusiya paytaxtına səfəri zamanı Aleksandr Səmədovla yanaşı, Mahmudovla da görüşmüşdü. Emini ölkəmizə dəvət edən assosiasiyamızın rəhbərliyi onun qərarını gözləyir: “Mənə Azərbaycan tərəfdən maraq var. Onlar söhbətləşməyə gəlmişdilər, mənə Səmədovu misal gətirdilər. Onda o, hələ Rusiya yığmasında oynamırdı. Ancaq mən dedim ki, hələ qərar qəbul etməyəcəyəm. Əgər kimsə bu məsələnin pulla həll olunduğunu düşünürsə, bu, belə deyil. İndi mənim üçün oynamaq vacibdir, necə pul qazanmağı düşünmək yox. Ən vacib məqamlardan biri Rusiyada legionerlərə qoyulan limitdir”.
“Spartak”ın icarəyə verməyə hazırlaşdığı Emin millimizi seçərsə, avtomatik Rusiyada legioner sayılacaq. Onsuz da oynamayan soydaşımız bu halda ruslara əcnəbi kimi maraqlı olmayacağından, qərar verməkdə tərəddüd edir.
Qeyd edək ki, millimiz növbəti seçmə mərhələdə Rusiya yığması ilə bir qrupda yer alıb.

0
0