AZAL-da qeyri-rəsmi görüş - FOTOSESSİYA
14.12.2011 - 18:53
Premyer Liqanın XVI turunda “Neftçi" ilə görüşdə gözlənilməz məğlubiyyətə düçar olan AZAL psixoloji gərginlikdən qurtulmaq üçün bu gün tam heyətlə bir araya gəlib. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyinin təşəbbüsü ilə komandanın məşqçi və futbolçu heyəti təbiət qoynuna çıxıb.
“AZAL Arena”da keçirilən məşqdən əvvəl Şüvəlanda toplanan və “Zeytun” restoranında nahar yeməyinə toplaşan “təyyarəçilər” daha sonra Xəzər dənizinin sahilinə - Dübəndiyə yollanıblar. Bu gəzinti xüsusilə komandada çıxış edən legioner futbolçular üçün xoş sürpriz olub.
Futbolçular bu cür tədbirdən məmnun olduqlarını bildiriblər. Ardınca komanda “Simurq”la matçöncəsi son məşqlərindən birinə çıxıb.
Qeyd edək ki, “Neftçi” AZAL-a 7:1 hesabı ilə qalib gəlmişdi.

0
0