Sergey Yuran: “Benfika” daha münasibdir
16.12.2011 - 12:27
“Simurq”un baş məşqçisi Sergey Yuran Çempionlar Liqasında (ÇL) Rusiya təmsilçilərinin şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 42 yaşlı mütəxəssis ölkəsindən ÇL-in 1/8 finalına çıxan “Zenit”lə MOİK-in kiminlə düşməsinin daha münasib olmağından danışıb. Yuran 1991-94-cü illərdə “Benfika”da oynayıb ki, qrup qalibi olan Portuqaliya təmsilçisi 2-ci yeri tutan rusiyalılara rəqib ola bilər.
O bildirib ki, “Zenit”in qrupda Portuqaliyanın digər təmsilçisi “Porto”nu arxada qoymağı birmənalı fikir söyləməyə əsas vermir: “Elə fikirləşmək lazım deyil ki, əgər “Zenit” “Porto”ya qalib gəlirsə, “Benfika” ilə də işi asan olacaq. Bu, belə deyil. Lissabon komandasının yaxşı heyəti var, evdə həddən artıq aqressiv oynayırlar. Səfərdə isə daha səliqəli oyun modelini seçirlər. Bəli, “Benfika” “Real” və “Barselona” ilə müqayisədə daha münasib variant olardı. Ancaq onunla da asan olmayacağı dəqiqdir. “Benfika” oyun üslubuna görə Rusiyanın heç bir komandasına oxşamır”.
Qeyd edək ki, cari mövsümdən Zaqatala təmsilçisini çalışdıran Yuran Moskva “Spartak”ının heyətində ÇL-in qrup mərhələsində oynayıb.

0
0