“Kəpəz”də köklü dəyişikliklər olmalıdır”
16.12.2011 - 17:39
“Kəpəz”də köklü dəyişikliklər olmalıdır”
“Cüneyt Biçəri “Xəzər Lənkəran”ın yeni baş məşqçisi təyin olunması münasibətilə təbrik edirəm. “Xəzər Lənkəran” və “Kəpəz” eyni səviyyəli oyun göstərdi. Amma “Xəzər Lənkəran”ın futbolçuları “Kəpəz”in futbolçularından çox güclüdürlər”. Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz” klubunun baş məşqçisi Mirbağır İsayev deyib.

O, Premyer Liqanın XVII turunda “Xəzər Lənkəran”a 1:4 hesablı məğlubiyyətə münasibət bildirib: “Futbolçularımın nəyə gücü çatırdısa, onu da oynadılar. “Kəpəz”də köklü dəyişikliklər olmalıdır. Mən futbolçularımdan gələcəkdə qələbə yox, yaxşı oyun gözləyirəm”.