AFFA Sxadadzeyə hansı cəza verəcək?
18.12.2011 - 00:04
AFFA Sxadadzeyə hansı cəza verəcək?
“Hər iki komanda gözəl və maraqlı oyun nümayiş etdirdi. Oyunboyu həm "Neftçi"nin, həm də "İnter"in qol şansları oldu. Lakin yenə də sonda qalib gəlməyi bacardıq". Apasport.az saytının məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Neftçi" ilə oyundan (2:1) sonra deyib.
Gürcüstanlı mütəxəssis oyunla bağlı daha sonra bunları bildirib: "Penalti zamanı da futbolçularıma ruhdan düşməməyi tapşırmışdım. İlk hissədə qol imkanlarımız olsa da, bundan yararlana bilmədik. Ancaq penalti epizodu oyunda dönüş nöqtəsi oldu. Rəqibin penaltini dəyərləndirməməsi futbolçularıma əlavə stimul verdi. "Neftçi" də bu gün yaxşı oynadı”.

Sxadadze görüşün baş hakimi tərəfindən tribunaya göndərilməsi barədə də danışıb: "Tribunaya göndərilməyə gəldikdə isə hələ gənc məşqçiyəm. Bir qədər emosionalam. Yəqin ki, AFFA İntizam Komitəsi də bunu nəzərə alaraq, mənim cəzamı yüngülləşdirəcək. Çünki qarşıdakı oyunlarda da komandamın yanında olmaq istəyirəm".