Roman Pokora: Karyeramın zirvə nöqtəsi Azərbaycanda oldu
22.12.2011 - 11:53
“Azərbaycanda keçirdiyim zaman kəsiyi məşqçilik karyeramın zirvə nöqtəsidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq” klubunun sabiq baş məşqçisi Roman Pokora deyib.
Ukraynalı mütəxəssis vətənində verdiyi müsahibədə 2006-2010-cu illərdə rəhbərlik etdiyi təmsilçimiz haqda xoş təəssüratlarını açıqlayıb: “Azərbaycan çox gözəl ölkədir. Həm də çox sürətlə inkişaf edir. Futbol azarkeşləri isə çox çılğındır”.
Pokora “Simurq”da 4 il işləməyini əsl qəhrəmanlıq sayır: “Azərbaycandakı intensiv fəaliyyətdən sonra fasilə götürüb, istirahət etmək istəyirdim. Axı baş məşqçilərin az qala hər tur dəyişdiyi ölkədə komandanı bu qədər müddət çalışdırmaq heç də asan deyildi. Lakin ordan ayrılan kimi, bir neçə təklif aldım. Biri çox güclü Suriya klubu idi. Lakin həmin ölkədə inqilabın başlaması planlarımı pozdu”.
Mütəxəssis həmkarlarının da “bostanına daş atıb”: “İndi məşqçilər arasında yeni dəb düşüb. Hamı öz komandasını “Barselona” üslubunda oynatmaq istəyir. Lakin onlar başa düşməlidir ki, dünyanın heç bir komandası katalonlar kimi oynaya bilməz”.
Qeyd edək ki, “Simurq”u tərk etdikdən sonra Pokora vətənində aşağı dəstə təmsilçiləri “Energetik” və “Gelios”u çalışdırıb.

0
0