Hələ belə olmamışdı...
29.12.2011 - 12:03
“Turan” Azərbaycan çempionatları tarixində ən uğursuz dövrünü yaşayır. Apasport.az saytının məlumatına görə, Tovuz təmsilçisi 1992-ci ildən fasiləsiz qatıldığı milli çempionatlarımızda ilk dəfə qış fasiləsinə sonuncu pillədə yollanıb.
Halbuki, komandanın buna əngəl olmaq şansı vardı və hər şey öz əlində idi. Belə ki, “Turan” “Sumqayıt Şəhər”lə axırıncı turdakı səfər matçında qalib gəlsəydi, son pilləni debütanta təhvil verib, yenidən 11-ci yerdə olacaqdı. Ancaq oyun sumqayıtlıların 1:0 hesablı qələbəsi ilə nəticələndi və indi onlar rəqibini artıq 4 xal qabaqlayırlar.
Mövsümün əvvəlində turnir cədvəlinin ortalarında yer alan tovuzluların indiki vəziyyətə düşməyi birbaşa uzun müddətdir qələbə qazana bilməməyi ilə bağlıdır. Təsadüfi deyil ki, Əsgər Abdullayevin baş məşqçisi olduğu komanda artıq 2 aydır qələbənin nə olduğunu bilmir. “Turan” sonuncu qələbəsini məhz “Sumqayıt Şəhər” üzərində - oktyabrın 23-də XI turun ev oyununda qazanıb – 1:0. Qərb klubu qış fasiləsinə ən az qələbə qazanan (3) və qol vuran (10) komanda kimi çıxdı.
Tovuzluların cari mövsümdə digər uğursuzluğu səfər oyunları ilə bağlıdır. Belə ki, Abdullayevin yetirmələri hər 3 qələbəsini evdə (“Kəpəz”lə 3:1, “Simurq” və “Sumqayıt Şəhər”lə 1:0) qazanıb. Qalan 2 bərabərlikdən 1-i də öz meydanında olub – AZAL-la qolsuz heç-heçə. İlk dövrədə səfərdə xal qazanan bilməyən “Turan” rəqib meydanında yeganə xalını “Kəpəz”lə 1:1 hesabı ilə heç-heçə etdiyi matçda əldə edib. Onda da əvəzedici heyətdən gələn 19 yaşlı müdafiəçi Seymur Tağıyev uzatma dəqiqələrində vurduğu qolla komandasını məğlubiyyətdən xilas etmişdi.
Artıq 8 matçdır qələbə üzü görməyən tovuzlular “Sumqayıt Şəhər”in antirekorduna doğru gedir. Belə ki, cari mövsümdə ən uzun müddətdən sonra qalib gələn məhz Sumqayıt təmsilçisi oldu. Komanda bunu I dövrənin son turunda – XI turda oktyabrın 30-da evdə AZAL üzərində 2:1 hesablı qələbə sayəsində reallaşdırdı. Bu, “Sumqayıt Şəhər”in Premyer Liqada ilk qələbəsi kimi tarixə düşdü.
“Turan”a təsnifat mərhələsində son 4 oyunda da qalib gəlmək çətin olacaq. Tovuzluların “Xəzər Lənkəran” və “Neftçi” ilə ev, “Rəvan” və AZAL-la səfər matçlarının qaldığını nəzərə alsaq, cari mövsümdə yeni antirekordun müəyyənləşməyi real görünür. Qış fasiləsindən dərhal sonra “Xəzər Lənkəran”ı qəbul edəcək “Turan” yenə qalib gəlməzsə, digər Qərb təmsilçisinin antirekordunu təkrarlayacaq. Belə ki, “Kəpəz” cari çempionatda 9 oyun qələbə üzünə həsrət qaldı. Gəncə təmsilçisi V turdan sonra bir də XV turda 3 xal qazandı.
Bu, “Turan” kimi, baş məşqçisi üçün də ən uğursuz dövrdür. Belə ki, məşqçilik karyerasında 2 dəfə Azərbaycan kubokunu (“Şəfa” və “Bakı”), “Olimpik”lə çempionatımızın gümüş medalını qazanan Abdullayev heç vaxt qış fasiləsinə son pillədə yollanmamışdı. Maddi problemlər nəticəsində bir sıra təcrübəli futbolçularının, legionerlərinin xidmətindən məhrum olan, gənclərin ümidinə qalan “Turan”ın belə gedişlə tarixində ilk dəfə I diviziona düşəcəyi daha inandırıcı görünür. 90-cı illərdə mükafatlar uğrunda mübarizə aparan Tovuz klubu son illərdə Premyer Liqada qalmaq uğrunda çalışaraq, yerini qoruya bilib.
Qeyd edək ki, 1994-cü ildə ölkə çempionluğunu qazanan “Turan” avrokuboklarda ilk təmsilçimiz olub.
Mehman SÜLEYMANOV

0
0