5 illik seriyaya son - FOTO
10.01.2012 - 09:56
5 illik seriyaya son - FOTO
2011-ci ilin ən yaxşı qadın futbolçusunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, FİFA İsveçrənin Nyon şəhərində keçirilən qala gecədə planetin ən yaxşı qadın futbolçusunun adını açıqlayıb. Bu ada yaponiyalı Homare Sava layiq görülüb. O, ardıcıl 5 il dünyanın ən yaxşısı seçilən braziliyalı Martanın hegemonluğuna son qoyub.