Lionel Messi ilə Mişel Platinini birləşdirən rekord
10.01.2012 - 10:21
Lionel Messi ilə Mişel Platinini birləşdirən rekord
Lionel Messi UEFA prezidenti Mişel Platininin rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, “Barselona”nın 25 yaşlı argentinalı hücumçusu əfsanəvi fransalı futbolçu kimi 3 dəfə “Qızıl top” mükafatını qazanıb. Hazırda 57 yaşı olan Platini buna 1983-85-ci illərdə İtaliyanın “Yuventus” klubunda oynadığı zamanı nail olub. Ancaq fərq ondadır ki, fransalı yarımmüdafiəçinin həmin vaxt 30 yaşın astanasında olub, Messinin isə hələ 25 yaşı tamam olmayıb. Bu mənada Lionelin yeni rekord müəyyənləşdirmək şansı yetərincə çoxdur.

Məlum olduğu kimi, dünyanın ən yaxşı futbolçusunu müəyyənləşdirən FİFA qalibə “Brilyant top” verirdi. Avropanın ən yaxşı futbolçusuna verilən “Qızıl top”u isə Fransanın məşhur “France Football” nəşri müəyyənləşdirirdi. Bu 2 qurum öz mükafatlarının ötən ildən birləşdirərək, “Qızıl top” adlandırdı. Bunun da ilk qalibi məhz Messi olmuşdu. O, bu dəfə isə səslərin 47,8 faizini toplayıb. 2-ci olan Madrid “Real”ının portuqaliyalı hücumçusu Kriştianu Ronaldo 21,6, Lionelin “Barselona”dakı ispan komanda yoldaşı, yarımmüdafiəçi Xavi Qonsales isə 9,28 faiz səs qazanıb.

Qeyd edək ki, Messi dünyanın ən yaxşı baş məşqçisi seçilən Xosep Qvardiolanın rəhbərliyi altında “Barselona”da ötən il 5 titul – İspaniya çempionluğu, Superkuboku Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionluğunu qazanıb. Özü də Messi 2010-cu ildə komandasının heyətində iştirak etdiyi bütün turnirlərdə qol vurmağa müvəffəq olub. Sadəcə, bunlardan yalnız 1-i – ölkə kubokunu qazanmaq əzəli rəqibi “Real”ı əlavə vaxtda Ronaldonun vurduğu qolla məğlubiyyət nəticəsində mümkün olmayıb.