“İndi hamı özünü mütəxəssis sayır”
15.01.2012 - 14:10
Veteran futbolçu Səməd Qurbanovun apasport.az saytına müsahibəsi
- Xeyli vaxtdır görünmürsünüz. Hazırda hansı işlə məşğulsunuz?
- Hüquq Mühafizə orqanlarından təqaüdə çıxmışam. Hazırda AFFA-da seleksiya işlərinə baxıram. Aşağı yaş qrupları üzrə komandaların seçiminə nəzarət edirəm.
- Yəqin ki, daha çox aşağı yaş qrupu üzrə keçirilən çempionatlara baxırsınız. İstedadlı uşaqlar varmı?
- Var. Sonacan çalışsalar futbolçu kimi yetişə bilərlər.
- Futbolçu kimi ilk addımlarınızı Qazaxda atmısınız. Sizin dövrünüzdə bir etalon var idi – “Neftçi”. Hazırda elə bir arzuların komandası varmı?
- Yoxdur. İndi stimul yoxdur. Böyüyüb hansısa bir komandada oynamaq istəyi görmürəm. Fikirləşirlər ki, oynayım, alınar alınar, alınmaz da heç. Bir komanda qovsa, başqasına gedərəm. Hazırkı futbolçular yerləri üstündə əsmirlər. Fikirləşir ki, “Neftçi” qovsa, “Xəzər Lənkəran”a, “Rəvan”a və ya “Turan” gedəcək.
- Futbolçularda bu düşüncəni dəyişmək üçün nə etmək lazımdır?
- Çox çətin məsələdir. Əgər futbolçuda bilik yoxdursa, heç vaxt irəli gedə bilməz. Futbolu dərk etməlisən. İndi futbolçulara baxıram, heç birində o vaxtkı texnika, oyunu öz üzərinə götürmək bacarığı yoxdur. Hamısı şablon oynayır. Aldın-verdin. Top məndən uzaq olsun. Bu, adi bir futboldur, əlahiddə bacarıq deyil. Futbolçu topu qəbul etməmiş özü üçün iki çıxış yolu müəyyənləşdirməlidir. Futbolçu öz arxasını da görməlidir. Bizimkilər topdan qorxurlar, alan kimi onu kimə gəldi atırlar.
- “Neftçi” tarixinin ən görkəmli futbolçuları ilə birgə oynamısınız. Ümumiyyətlə, siz bu komanda üçün ən dəyərli futbolçu kimi hesab edirsiniz?
- Anatoli Banişevskini. Yaşar Babayev, Mübariz Zeynalov kimi futbolçularla birgə oynamışam. Mərhum Rəşid Özbəyov, Əli Rəhmanov kimiləri, Tofiq Abbasov kimi oyunçuları görmüşəm, çiyin-çiyinə mübarizə aparmışam.
- O vaxt əksər futbolçunun karyerası qısamüddətli olurdu. 20 il karyera qurana çox nadir hallarda rast gəlinirdi. Sizcə, bunun səbəbi nədir?
- Belə oynamağa nə var ki? Mən futbolu 30 yaşında bitirdim. İstəsəydim daha 4-5 il oynayardım. Amma Bakıda ermənilərə uduzduq. Gəlib butsları tulladım. Dedim mən bir daha meydançaya girmərəm. Prinsip var idi. Nə qədər təkid etsələr də, dönmədim. Sözümün ağası oldum.
- Nə üçün bizim veteranlar hər hansı bir klubda baş məşqçi, məşqçi kimi də olmasa, məsləhətçi kimi də çalışmırlar?
- Çağırsalar, niyə getmirik ki? İndi hamı özünü futbol mütəxəssisi sayır. Çağırsalar, tək mən yox, eləcə də digər veteranlar da kömək edərik. Biz həmin “katyol”da bişmişik. Hər bir futbolçu yeriyəndə də bilirəm ki, bu nəyi bacarır, danışanda da. Dərhal qərar verirəm ki, bundan futbolçu çıxar ya yox?
- “Neftçi”nin heyətində ən çox oyun keçirənlərdən birisiniz. Ciddi rəqabət dönəmində bunu necə bacardınız?
- Ümumi toplasaq, 500-ə yaxın matçda forma geyinmişəm. Mən futbolu eyni mövqedə oynamışam. Sol cinah yarımmüdafiəçisi. Yerimi dəyişməmişəm. Fit veriləndə başlamışam, fit veriləndə dayanmışam. Çox az oyunda əvəzlənmişəm. Bir dəfə qolum zədələndiyinə görə, bir neçə oyunda çıxış etməmişəm. Ümumi götürdükdə ehtiyatda oturmamışam. Yerim üçün əsmişəm. Bilirdim ki, böyük rəqabət var, məni qovarlar. Öz üzərimdə çox çalışırdım.
- Əvvəlki ilə müqayisədə indi komandalara diqqət və qayğı daha çoxdur. Amma müqayisədə azarkeş marağı çox aşağı düşüb. Bizdə rayonları çıxmaq şərti ilə Bakıdakı mərkəzi oyunlara belə maraq az olur. Sizcə, bu, nədən qaynaqlanır?
- Futbola maraq aşağıdır. Camaat gedib futbola baxmaq istəyir, oyunçunun hərəkətlərinə baxıb nəsə mənimsəmək istəyir. Ləzzət almaq istəyir. Amma onu görmürsə, yalandan vaxt öldürməyin nə mənası var? O vaxt “Neftçi” hücuma keçəndə bütün azarkeşlər ayaq üstə olurdu. Həmin səsdən, ajiotajdan adamın qulağı partlamaq həddinə çatırdı. İndikilər isə cərimə meydançasına güclə çatırlar.
- Premyer Liqada ümumi görüntü necədir?
- Mən həmişə demişəm ki, heç istəmərəm ki, 1 legioner belə Azərbaycanda oynasın. Öz uşaqlarımız var. İndiki vəziyyətdə hamısı 18-19 yaşında məhv olub gedir. Gəlib görür ki, 5 afrikalı burda, 3 braziliyalı orada oynayır. Yerli də oynamalı olduğu halda, oturur ehtiyat oyunçular skamyasında. Onları oyuna buraxmaq lazımdır.
- Oyunçulardan danışdıq. Azərbaycanda iddialı sayılan klublar həm də gəlmə məşqçilərə güvənirlər. Sizcə, bu necə bir tendensiyadır?
- Həmin əcnəbi mütəxəssislərin klublarımıza köməyini görmürəm. Gəlib nəsə etmək istəyirlərsə, bacarıqları varsa, “Turan”ı götürsünlər, birinci divizionda çalışıb, yüksək səviyyədə işlər həyata keçirsinlər. Hazır komandaya rəhbərlik etməyə nə var ki? Uduzanda da çantasını götürüb gedirlər.
- Vaxtilə futbol oynayanların bəzilərinə veteran deyəndə əsəbiləşirlər. Siz necə, bu sözü qəbul edirsiniz?
- Mənə 28 yaşından artıq veteran deyirdilər.
- İndi daha çox kimin oyununu bəyənirsiniz?
- İndiki futbolda Mahmud Qurbanovu qeyd edərdim. Yaşlı olsa da, çox ağıllıdır. Topa boş yerə toxunmur, ağıllı oynayır. Elvin Məmmədovdan xoşum gəlirdi. Elvində hər şey var. Sadəcə, sabahı üçün özünü artırmaq, lider olmaq istəmir. Elə bilir ki, belə oynamaqla artıq hər şeyə nail olur.

0
0