"Qarabağ"da daha bir ayrılıq yaşana bilər.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Kamilo Duran komandanı tərk etməyə yaxındır.
Komandanın ulduzu Avropanın bir sıra klublarının maraq dairəsinə düşüb. Onun xidmətində Macarıstan, Yunanıstan və Fransa təmsilçiləri maraqlıdır.
Onlar arasında ən iddialısı "Sent-Etyenn"dir. Fransa klubu kolumbiyalı futbolçunu rənglərinə bağlamaqda israrlıdır.
Duran isə karyerası ilə bağlı qərar verməyib. O, növbəti mövsümdə də "Qarabağ" forması geymək niyyətindədir. Lakin forvard Çempionlar Liqasında çıxış edən klubda oynamağı hədəfləyir. Ağdam təmsilçisinin çempionluq mübarizəsində "Sabah"a uduzması Duranı təklifləri dəyərləndirməyə vadar edə bilər.
Qeyd edək ki, tərəflər arasında müqavilə 2028-ci ilin yayına qədərdir.