“Sumqayıt” yenə almanlarla qarşılaşacaq
26.01.2012 - 15:04
Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirən “Sumqayıt”ın daha bir rəqibinin adına aydınlıq gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bernhard Raabın yetirmələri Drezden “Dinamo”sunun əvəzediciləri ilə üz-üzə gələcək.
Sabah baş tutacaq yoxlama oyunu Bakı vaxtı ilə saat 17:00-da “Arcadia Limak” otelinin stadionunda baş tutacaq.
Xatırladaq ki, “Sumqayıt” ilk yoxlama matçında Qazaxıstanın “Jetusi” klubuna qalib gəlsə də (2:0), növbəti iki oyununda II Bundesliqa təmsilçisi “Paderborn”a (0:4) və Rusiya 1-ci liqasında mübarizə aparan “Fakel”ə (0:1) məğlub olmuşdu.

0
0