“Neftçi” nümayəndələri əcnəbilərlə görüşdü
27.01.2012 - 12:16
Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir ərəfəsində iştirakçılarla görüş keçirilib. Apasport.az saytının xəbərinə görə, Azərbaycan çempionu “Neftçi” klubunun da qatılacağı yarışın təşkilatçıları, həmçinin 8 iştirakçı klubun nümayəndələri bir araya gəliblər. Onlar bu gün baş tutacaq püşkatma ərəfəsində təşkilati məsələləri, hakimliyi də müzakirə ediblər.
Qeyd edək ki, Türkiyənin Antalya şəhərində baş tutacaq yarışda “ağ-qaralar”la yanaşı, Rusiyanın "Terek Qroznı", Ukraynanın "Metallist Xarkov", "Obolon Kiyev", Polşanın "Poloniya Varşava", Rumıniyanın "Rapid Buxarest", Özbəkistanın "Paxtakor", eləcə də Çinin "BİT FC Pekin" klubları mübarizə aparacaq.

0
0