Yığması milli komandamıza, özü Araz Abdullayevə rəqib oldu
27.01.2012 - 14:55
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Şimali İrlandiya yığmasının qapıçısı Roy Kerroll yeni kluba keçib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı futbolçu Yunanıstanın ən titullu komandası olan “Olimpiakos”la müqavilə bağlayıb. Karyerasının çox hissəsini İngiltərədə keçirən – “Mançester Yunayted, “Vest Hem”, “Hall Siti”də oynayan Roy son vaxtlar Yunanıstanda çıxış edir. OFİ-də oynayan qapıçı yığmada böyük təcrübəsi olan, oyun sayında rekordçularındandır. Şimali İrlandiya millisi yığmamızla növbəti seçmə mərhələdə ilk oyununu bu ilin noyabrında evdə keçirəcək.
Qeyd edək ki, yığmamızın yarımmüdafiəçisi Araz Abdullayev bu ildən Yunanıstan “Panionis” klubunda oynayır. O, ölkə kubokunun ¼ finalında Royun yeni komandasına 0:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırdı.

0
0