“Xəzər Lənkəran”ın yeni transferləri kim olacaq?
28.01.2012 - 00:56
“Xəzər Lənkəran”ın yeni transferləri kim olacaq?
Yanvar ayının 16-dan Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" klubu hazırlığını davam etdirir. Apasport.az saytının xəbərinə görə, komandanın düşərgəsində yüksək əhval-ruhiyyə mövcuddur. Futbolçular arasında hər hansı zədəli oyunçunun olmaması da məşqçilər korpusunu sevindirən məqamlardandır.

Bu arada "Xəzər Lənkəran" klubunun fasilə dönəmində transfer etdiyi hər üç malili futbolçu da artıq 3 gündür ki, komanda ilə birgə Türkiyədəki hazırlıqda iştirak edir. Bundan başqa məşqçilər korpusu daha bir neçə futbolçunun transferini həyata keçirmək üçün klub rəhbərliyi ilə birgə danışıqları davam etdirir.

"Xəzər Lənkəran" növbəti yoxlama oyununa yanvar ayının 29-da çıxacaq. Növbəti rəqib Qazaxıstanın “Atırau” klubudur.