Fatih Kavlak: Onlar 3-cü yeri əldən verməzlər - MÜSAHİBƏ
28.01.2012 - 16:50
“Qəbələ” klubunun baş məşqçisi Fateh Kavlakın apasport.az saytına müsahibəsi
- Hazırlıq barədə nə deyə bilərsiniz?
- Yaxşı proqram tərtib etmişdik. Buna uyğun hazırlaşırıq. Hələlik bunu yarılamışıq. İrəlidə vaxtımız var. Sonda 100 faiz hazır olacağımıza inanıram.
- Keçirdiyiniz yoxlama görüşlərində komandanın zəif yerlərini görə bildinizmi?
- Bəli. Zəif nöqtələr var ki, bunun üzərində çalışırıq. Bəzən təkrar-təkrar çalışırıq ki, onu aradan qaldıraq. İnşallah, bunu bacararıq.
- Konkret hansı mövqedə axsama var?
- Bu, mövqe yox, anlayışla bağlıdır. Oyunları yaxşı başlayırıq, yaxşı ötürmələr edirik. Sonra riskli hərəkətlər edib, təhlükəli duruma düşürük. Çempionat matçlarında da belə olub. “Simurq”la məndən əvvəlki, “Rəvan”la matç, rəhbərliyim altında “Bakı” ilə qarşılaşmada 25 dəqiqədə 2 qol imkanı əldə etdik. Sanki qələbə qazanmaq yox, sadəcə, futbol oynamağı düşünürük. Bunun üzərində çalışırıq.
- Son transfer Elmar Baxşıyevin fiziki durumu necədir?
- Karyerasına baxıb, ona güvəndik. O, artıq öz oyununu tapmaqdadır. Amma üzərində çalışmalıdır. Yoxlama oyunlarında pis təsir bağışlamadı.
- Zədəli Vurğun Hüseynovdan nə xəbər var?
- İnşallah, 4-5 həftəyə sıraya qayıdar. Əsas futbolçunun tam sağalmasıdır.
- Yeni transferiniz Yannik Kamanandan razısınızmı?
- Onu yaxşı futbolçu kimi tanıyıram. Düşündüyüm kimi oyunçu olduğunu göstərir. Amma ona da zaman lazımdır ki, komandaya uyğunlaşsın. İnanıram ki, bunu da arxada qoyacaq.
- Kamanandan nə qədər qol gözləyirsiniz?
- Ondan gözlədiyimiz komandaya kömək etməsidir. Qol sayı vacib deyil.
- Komandanız güclü transferlər edib. İndiki heyətlə “Qəbələ”nin məqsədi nədir?
- Avrokuboklara vəsiqə qazanmaq.
- Bu məlumdur. Çempionatda avrokuboklara vəsiqə verən neçənci yerə iddia edirsiniz?
- Ən pis halda, 3-cü yer və təbii ki, ölkə kuboku. Düzdür, hazırda 3-cü yerdən uzaq düşmüşük. 4-cü pillə daha yaxın görünür. Amma bu, bizim əlimizdə deyil. İlk “üçlük”dən biri uğursuz zolağa düşsə, onların yerini ələ keçirərik. İndi AZAL və “Rəvan” da 6-cı yerə göz dikiblər. Lakin biz də bunu onlara vermərik. Eyni şey 3-cü yerlərə iddia edən digər komandalara da aiddir. Onlar 3-cü yeri əldən verməzlər.
- Deməli çempionluq sizin üçün real deyil...
- Bəli, çempionluq inandırıcı görünmür.
- Çempionluğa əsas namizədiniz kimdir?
- İlk 3 pillədəki komandalar.
- Təbii ki, yaxşı nəticə sizin üçün faydalı ola bilər. Çünki mövsümün sonunda baş məşqçi postunda qalmaq məsələsi gündəmə gələcək...
- Mənim üçün ilk növbədə “Kəpəz”lə qarşıdakı matçdır. İşimi düzgün görsəm, mənə verilən etimadı doğrultmaqla komandada qalaram. Qalmasam, komandasından ayrılan ilk baş məşqçi mən olmayacam ki? Gələn il harada çalışacağımı düşünmürəm. Mənə vəzifə verilib, bunu qorumaq üçün hər cür şərait var. Futbolçularla birlikdə bunun qarşılığını vermək istəyirik. Bunu bacarsaq, hər şey yaxşı olar.

0
0