Milli çempionatımızın 10-cu bombardiri “Sunkar”da
29.01.2012 - 14:18
Azərbaycan milli çempionatlarının iştirakçısı olmuş moldovalı futbolçu Anatoli Doroş karyerasını yenidən Qazaxıstanda davam etdirmək şansı qazanıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu ötən mövsüm Qazaxıstan çempionunun I divizionunun çempionu kimi yüksək liqaya yüksələn “Sunkar”ın düşərgəsində yer alıb. Doroş baxışdan keçəndən sonra taleyinə aydınlıq gələcək.
Moldova yığmasının da üzvü olan Anatoli ötən ili Qazaxıstanın Superliqa klublarında keçirdi. O, ilk dövrədə “İrtış”da, mövsümün II yarısında “Astana”da oynadı. Ancaq birincilərdən fərqli paytaxt təmsilçisinin əsas heyətində möhkəmlənə bilməyən hücumçu yeni baş məşqçi Oleq Protasova lazım olmadı. Nəticədə mövsüm bitəndən sonra hücumçu ilə müqavilə uzadılmadı. Bundan sonra özünə klub axtaran Anatolinin Rumıniyanın yüksək liqa təmsilçisi “Tarqu-Mureş”də baxışda olsa da, keçidi baş tutmadı.
Qeyd edək ki, ölkəmizdəki karyerası 2006-09-cu illərdə olan moldovalı “MKT-Araz”, “Standard”, “Karvan”, “Olimpik-Şüvəlan”da oynayıb. Doroş milli çempionatımızda vurduğu 30 qolla əcnəbi bombardirlərin siyahısında ilk onluğu qapayır.

- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”
- “Liverpul” Şadeni yanvarda transfer etmək istəyir
0
0