Kaxaber Sxadadze PFL-ə təşəkkür etdi
16.02.2012 - 16:39
"Öncə PFL və "Kəpəz" rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, Gəncə şəhər stadionunda meydança yaxşı vəziyyətdə deyildi və oyunun Yevlaxda keçirilməsi barədə qərar qəbul edildi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcü çalışdırıcının rəhbərlik etdiyi komanda bu gün “Kəpəz”lə səfər oyununda (1:0) son dəqiqələrdə vurduğu yeganə qolla çətin qələbə qazandı. Bunun sayəsində “İnter” 2-ci pilləyə qayıdaraq, orada qərarlaşan “Xəzər Lənkəran”ı 3-cü yerə göndərdi.
Sxadadzeni nəticədən fərqli komandasının oyunu tam razı salmayıb: “Oyun haqda onu deyə bilərəm ki, matç ərzində "İnter"də oyun praktikasının çatışmazlığı hiss olundu. Qol imkanlarını reallaşdırılmağında problemlərin olduğu da müşahidə edildi. Buna baxmayaraq, vacib qələbə əldə etməyi bacardıq".

0
0