Əsgər Abdullayev: Düşündüyümüz kimi də oldu
16.02.2012 - 17:02
“Beş günə yığılmış komanda ilə meydana çıxmışdıq. Ona görə də bu oyunun bizim üçün çətin olacağını əvvəlcədən bilirdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Turan”ın baş məşqçisi Əgər Abdullayev deyib. Turnir cədvəlində son pillədə gedən komanda növbəti məğlubiyyətini qış fasiləsindən sonra bu gün Premyer Liqamızın XX turunda “Rəvan”la səfər oyununda alıb – 1:2.
Abdullayev Bakıda ağır oyununu gözlədiklərini bildirib: “Düşündüyümüz kimi də oldu. Oyun bizim üçün ağır keçdi. “Rəvan”a gələcək oyunlarda uğurlar arzulayıram”.
Bəhmən Həsənov isə baş məşqçi postuna qayıtdığı “Rəvan”ın oyunundan razı qalmayıb: “Turan”la oyunun çətin keçəcəyini gözləyirdik. Rəqibimizin heyətində bir neçə təcrübəli futbolçu var. Komandamın oyunundan razı qalmasam da, qalib gələ bildik”.

0
0